Son Xəbər: Muxtar Babayev: "İnnovativ strategiyalar maliyyə və investisiyaları artırır", “Heç bir zaman işləməyənlərin pensiya sisteminə girməsinə icazə vermək olmaz”, Yenidən öz postlarına namizəd olacaqlar, COP29-un misirli qonağından UNİKAL METOD – Kosmosda elektrik enerjisi istehsal OLUNACAQ?, Rusiya Ukraynanı ilk dəfə bu raketlə vurdu, Generalın oğluna yeni vəzifə verildi, COP29-da iqlim dəyişikliyi və biomüxtəliflik əlaqələrinin müzakirəsi - Fotolar, Doğum, uşaqlara qulluq və dəfn müavinətləri artırıla bilər, COP29 çərçivəsində Azərbaycanda ilk bərpa olunan enerji hərracının qalibi elan edilib, Şəkidə yol qəzası olub, ölən var,

Bu ali məktəblərin tələbələri Prezident təqaüdü alacaqlar - SİYAHI

Bu ali məktəblərin tələbələri Prezident təqaüdü alacaqlar - SİYAHI

Tarix: 7-10-2024, 13:37

Prezident İlham Əliyev 2024–2025-ci tədris ilində Azərbaycan Respublikasının ali məktəblərinə daxil olmuş tələbələrə Prezident təqaüdünün verilməsi haqqında Sərəncam imzalayıb. Sərəncama əsasən, 2024–2025-ci tədris ilində tələbə qəbulu imtahanlarında ixtisas qrupları üzrə ən yüksək nəticələr göstərmiş və Azərbaycan Respublikasının ali məktəblərinə daxil olmuş tələbələrə Prezident təqaüdü veriləcək.

Qeyd edək ki, tələbələrə verilən Prezident təqaüdünün məbləği 2023-cü il yanvarın 1-dən 275 manat müəyyən edilib.

Bəs Prezident təqaüdü ayrılan 102 nəfər arasında ən çox hansı ali məktəbin tələbələri üstünlük təşkil edir?

Prezident təqaüdünə layiq görülən gənclərdən 4-ü Bakı Dövlət Universitetinin (BDU) tələbəsidir. BDU-nun mətbuat xidməti onların adını da açıqlayıb:

Gülməliyeva Sevil Rövşən qızı, Səlimova Aysel Ehtiram qızı, Bababəyli Semral Aprel oğlu, Hüseynov Nurlan Fizuli oğlu.

Bakı Ali Neft Məktəbinin (BANM) 33 tələbəsi Prezident təqaüdünə layiq görülüb. BANM Prezident təqaüdçülərinin sayına görə bu il də birinci olub.

BANM-dən bildirilib ki, Prezident təqaüdçülərindən 9 nəfəri informasiya təhlükəsizliyi, 10 nəfəri kimya mühəndisliyi, 11 nəfəri biznesin idarə edilməsi, 2 nəfəri kompüter mühəndisliyi, 1 nəfəri isə kompüter elmləri ixtisaslarının tələbəsidir.

Beşinci dəfədir ki, Bakı Ali Neft Məktəbi Prezident təqaüdçülərinin sayına görə ölkənin ali təhsil müəssisələri arasında birincidir.

2024-2025-ci tədris ilində Azərbaycan Dövlət İqtisad Universitetinə (UNEC) qəbul olan tələbələrdən 12 nəfəri Prezident təqaüdünə layiq görülüb.

UNEC-dən bildirilib ki, builki Prezident təqaüdçüləri arasında ilk dəfə olaraq I ixtisas qrupu üzrə tələbə də yer alıb. Qəbul imtahanlarında 692,8 bal toplayan Nicat Şirinov Rəqəmsal iqtisadiyyat fakültəsinə informasiya təhlükəsizliyi (tədris ingilis dilində) ixtisası üzrə qəbul olunub. Nicat Şirinov həm də universitet üzrə ən yüksək bal toplayan tələbədir.

Prezident təqaüdünü qazanmış digər 10 tələbə Beynəlxalq İqtisadiyyat Məktəbinin (ISE) maliyyə ixtisasına, 1 tələbə isə Maliyyə və mühasibat fakültəsinin maliyyə ixtisasına qəbul olub.

Qarabağ Universitetindən də 1 tələbə Prezident təqaüdünə layiq görülüb. Sərəncama əsasən, Prezident təqaüdü alacaq Zenfira Nəsirova 684 balla Qarabağ Universitetinin Hüquqşünaslıq ixtisasına qəbul olunub.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR