Son Xəbər: "Xocəsən" və "Avtovağzal" metrostansiyalarına giriş müvəqqəti pulsuz olacaq, Milli Məclisdə tələbə-gənclər təşkilatları ilə görüş keçirilməsi təklif edilib, Nazir: "Yanaşmamız xammalı daha çox emal etməkdir", Prezident: Azərbaycan beynəlxalq sülh və təhlükəsizliyin təmin olunmasını prioritet hesab edir, Sabah Azərbaycanda 34 dərəcə isti olacaq, Prezidentin sədrliyi ilə dağ-mədən və metallurgiya sənayesinin inkişafına dair Dövlət Proqramına həsr olunmuş müşavirə keçirilib, Formula 1-ə görə Bakıda bəzi məktəblər distant təhsilə keçib, Sentyabrın pensiya ödənişləri yekunlaşıb, FHN yanğın təhlükəsizliyi ilə bağlı kənd yerlərində yaşayan əhaliyə müraciət edib, Bakının bəzi yollarında nəqliyyatın sıxlığı müşahidə olunur,

Türkiyə mafiyası azərbaycanlı iş adamını GÜLLƏLƏDİ

Türkiyə mafiyası azərbaycanlı iş adamını GÜLLƏLƏDİ

Tarix: 9-10-2024, 11:51

Türkiyədə azərbaycanlı iş adamı çayxanada güllələnib.

Lent.az yerli mediaya istinadla bildirir ki, hadisə Bursa şəhərinin Gürsu qəsəbəsində baş verib. Naməlum şəxslər motosikletlə gələrək, çayxanada azərbaycanlı iş adamını ayağından güllələyiblər.

Zərəçəkən polisə müraciətində onların “Daltonlar” adlanan cinayət qruplaşmasının üzvləri olduğunu deyib. Belə ki, qruplaşmanın üzvü iş adamına yaxınlaşaraq, “Can Daltonun salamı var” deyib və atəş açaraq, onu ayağından yaralayıb. Buna səbəb isə iş adamının başqa bir biznesmenə borclu olmasıdır. Borc bir müddət gecikdiyi üçün həmin biznesmen adı çəkilən qruplaşmadan azərbaycanlıya “xəbərdarlıq” edilməsini istəyib.

Polisin Bursa, İstanbul, Muğla və Hatayda keçirdiyi əməliyyat tədbirləri nəticəsində hadisə ilə bağlı 10 nəfər saxlanılıb. Məlum olub ki, cinayətkar qruplaşma üzvləri azərbaycanlının yaşadığı əraziyə əvvəlcədən kəşfiyyat üçün gəliblər. Bunun üçün onlar həmin ərazidə yaşayan şəxslərin köməyindən istifadə ediblər.

Məlumata görə, saxlanılanlar arasında “Daltonlar” qruplaşmasının rəhbəri B.A. da var. Onların hər biri barəsində həbs qətimkan tədbiri seçilib və təcridxanaya göndəriliblər.

Türkiyə mafiyası azərbaycanlı iş adamını GÜLLƏLƏDİ




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR