Son Xəbər: "Xocəsən" və "Avtovağzal" metrostansiyalarına giriş müvəqqəti pulsuz olacaq, Milli Məclisdə tələbə-gənclər təşkilatları ilə görüş keçirilməsi təklif edilib, Nazir: "Yanaşmamız xammalı daha çox emal etməkdir", Prezident: Azərbaycan beynəlxalq sülh və təhlükəsizliyin təmin olunmasını prioritet hesab edir, Sabah Azərbaycanda 34 dərəcə isti olacaq, Prezidentin sədrliyi ilə dağ-mədən və metallurgiya sənayesinin inkişafına dair Dövlət Proqramına həsr olunmuş müşavirə keçirilib, Formula 1-ə görə Bakıda bəzi məktəblər distant təhsilə keçib, Sentyabrın pensiya ödənişləri yekunlaşıb, FHN yanğın təhlükəsizliyi ilə bağlı kənd yerlərində yaşayan əhaliyə müraciət edib, Bakının bəzi yollarında nəqliyyatın sıxlığı müşahidə olunur,

“Qızım intihar etməyib, anasına zəngində öldürüləcəyini deyib”

“Qızım intihar etməyib, anasına zəngində öldürüləcəyini deyib”

Tarix: 10-10-2024, 12:12

 

Üç ay əvvəl özünü yaşadığı binanın yeddinci mərtəbəsindən ataraq intihar etdiyi deyilən Vüsalə Dadaşovanın ölümü ilə bağlı ciddi iddia irəli sürülüb.

“Qafqazinfo”nun məlumatına görə, mərhumun atası Zakir Nəbiyev qızının intihar etməsinə inanmır, onun qəsdən öldürüldüyünü düşünür.

Valideyn bizə göndərdiyi müraciətində yazır ki, qızının əri tərəfindən qəsdən öldürülməsindən şübhələnir: “Bu hadisənin qəsdən törədilmiş cinayət olduğunu sübut edən kifayət qədər faktımız var. Məsələn, qızım hadisədən bir müddət əvvəl qonşusunun telefonu ilə anasına zəng edib. Telefon zəngində öldürüləcəyini deyib. Həmin gün Vüsalə əri Sevindik Dadaşovla birgə evdə olub. Bir neçə dəqiqə sonra da hadisə baş verib. Qızımın ölümü planlaşdırılmış cinayətdir”.

“Qızım intihar etməyib, anasına zəngində öldürüləcəyini deyib”

Z.Nəbiyev bu işin istintaqından narazıdır. O, işə düzgün baxılmadığını, sübut olaraq düşünüb təqdim etdiyi materiallara önəm verilmədiyini deyir: “Qızımın azyaşlı övladının uydurma izahatı və hadisəni gördüyünü iddia edən taksi sürücüsünün ifadəsi əsasında cinayəti bağlamaq istəyirlər. Biz bunu qəbul etmirik. Qızımın qəsdən öldürülməsi məsələsinə baxılmalıdır. Məsul şəxslərdən bu məsələdə bizə kömək etmələrini xahiş edirik”.

Mərhum Vüsalənin atasının ittihamları ilə bağlı Baş Prokurorluğa sorğu ünvanladıq. Qurumun mətbuat xidmətindən saytımıza bildirildi ki, qeyd olunan faktla bağlı hazırda Xətai Rayon Prokurorluğunda araşdırma aparılır: “Bütün halların tam, hərtərəfli və obyektiv araşdırılması, habelə təqdim olunmuş hər bir dəlilin öyrənilərək düzgün hüquqi qiymətləndirilməsi təmin ediləcək”.

Xatırladaq ki, hadisə bu ilin iyulunda Xətai rayonunun Gəncə prospektində baş verib. İlkin məlumata görə, 1984-cü il təvəllüdlü V.Dadaşova özünü yaşadığı binanın 7-ci mərtəbəsindən atıb. 

Sail Ağasəlim








RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR