Son Xəbər: Prezident Fərman imzaladı, “Uşaq hüquqları haqqında” qanun dəyişdirilir, Kəmaləddin Heydərov su basmış ərazilərdə - Foto, Bu avtobusların hərəkət istiqaməti dəyişdirildi, Sabahın hava proqnozu açıqlandı, Eldar Əzizov Bakıdakı vəziyyətdən danışdı: "Nöqsanlara yol verilib", “Qarabağ” – “Ayaks” oyununun hakimləri açıqlandı, İş icazələri ilə bağlı yenilik, İlham Əliyev Aleksandr Vlaskampı qəbul etdi - Fotolar - Yenilənir, Güclü yağış nəticəsində Bakıda ev uçdu,

Sabahın hava proqnozu açıqlandı

Sabahın hava proqnozu açıqlandı

Tarix: Bugün, 13:53

Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Səhər bəzi şəhərətrafı ərazilərdə qısamüddətli az yağış yağacağı ehtimalı var. Şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 8-10° isti, gündüz 14-18° isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 770 mm civə sütunu olacaq. Nisbi rütubət gecə və gündüz 60-70 % olacaq.

Azərbaycanın rayonlarında is əsasən yağmursuzhava hökm sürəcək. Lakin gecə və səhər bəzi yerlərdə arabir yağıntılı olacağı, şimşək çaxacağı, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Lənkəran-Astara zonasında leysan xarakterli olacağı ehtimalı var. Arabir duman olacaq. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturu gecə 4-8° isti, gündüz 14-18° isti, dağlarda gecə 1-4° şaxta, yüksək dağlıq ərazilərdə 6-11° şaxta, gündüz 1° şaxtadan 4°-dək isti olacaq.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR