Son Xəbər: Generalın oğluna yeni vəzifə verildi, COP29-da iqlim dəyişikliyi və biomüxtəliflik əlaqələrinin müzakirəsi - Fotolar, Doğum, uşaqlara qulluq və dəfn müavinətləri artırıla bilər, COP29 çərçivəsində Azərbaycanda ilk bərpa olunan enerji hərracının qalibi elan edilib, Şəkidə yol qəzası olub, ölən var, Heydər Əliyev Sarayında “Nəsimi” operasının premyerası keçirildi - Fotolar, Antonio Quterreş Azərbaycana gəldi, Acundan onunla bağlı aparılan araşdırmaya - Reaksiya, “Vətəndaş A” serialına görə İTV-yə - Rəsmi xəbərdarlıq, Emin Əmrullayev: Məktəbəqədər təhsilin əhatəliyini artırmaq üçün alternativ modellər üzərində işləyirik,

Dönər yalnız bu ətdən hazırlana bilər - Yeni qayda

Dönər yalnız bu ətdən hazırlana bilər - Yeni qayda

Tarix: 23-10-2024, 10:56

Dönər yalnız bu ətdən hazırlana bilər - Yeni qayda

Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən “Dönər emalına və dövriyyəsinə dair sanitariya norma və qaydaları” adlı yeni texniki normativ hüquqi akt layihəsi hazırlanıb. 

Sənədin hazırlanmasında məqsəd tərkibindəki inqrediyentlər baxımından yüksəkriskli iaşə məhsulu olan dönərin təhlükəsiz istehlakı üçün gigiyena qaydalarına daha ciddi şəkildə əməl olunmasının təmin edilməsi, bu məhsulla bağlı tənzimləmə və nəzarət mexanizmlərinin təkmilləşdirilməsidir. 

Hüquqi akt layihəsində dönərin hazırlanmasını həyata keçirən qida subyekt və obyektlərinə, eyni zamanda çiy dönərin emalına, dönərin təhlükəsizliyinə və minimum keyfiyyətinə, eləcə də termiki emalına və dövriyyəsinə dair tələblər əks olunub. Həmçinin akt layihəsinə 1 nömrəli əlavədə çiy dönərin fiziki-kimyəvi göstəriciləri qeyd edilib.

Sənədə əsasən, çiy dönərin emalı ayrıca bölmədə, yaxud ictimai-iaşə müəssisələrinin çiy dönərin bütün texnoloji proseslərinin aparılması üçün lazım olan avadanlıq və inventarla təchiz edilmiş bölməsində həyata keçirilməlidir. Çiy dönərin emalı üçün istifadə olunan ət yalnız AQTA tərəfindən qeydiyyata alınmış və ya təsdiq edilmiş kəsim məntəqəsindən, yaxud ət satışı müəssisəsindən alınmış olmalıdır.  Eləcə də həmin ət baytarlıq-sanitariya ekspertizasından keçirildiyini təsdiqləyən sənədlə (ekspertiza aktı) müşayiət edilməlidir.

İctimai-iaşə müəssisələrinin çiy dönərin hazırlanması sahəsinin bütün avadanlıq və inventarları “çiy ət” nişanı ilə markalanmalı və onlardan müəssisənin digər sahələrində istifadə olunmasına yol verilməməlidir. Çiy dönərin emalı başa çatdıqdan sonra, yaxud hazırlanmasında 3 saatdan artıq fasilə yarandıqda isə ətlə təmasda olan bütün avadanlıq (sökülməli hissələr mütləq sökülməklə) ikigözlü vannalarda müvafiq ardıcıllıqla yuyulub təmizlənməlidir. 


Sənəd Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilmək üçün Ədliyyə Nazirliyinə aidiyyəti qaydada təqdim olunub. 




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR