Son Xəbər: ABŞ-dan İrana növbəti xəbərdarlıq: İsrailə hücum etsə..., Müdafiə Nazirliyi toplanışlarla bağlı məlumat yaydı, Aktyor və arvadının ölümü ilə bağlı cinayət işi açıldı, Prezident: Biz artıq Qlobal Cənub və Qlobal Şimal arasında iqlim üzrə əməkdaşlığa töhfə veririk, Ərdoğan rus dilində təşəkkür etdi, Bu rayonun da hərbi komissarı saxlanıldı, İlham Əliyevin Paşinyanla görüşü başladı, İlham Əliyev BRİCS Sammitinin ilk plenar iclasında - Fotolar, Yasamalda dəhşət: Kranlar aşdı, Ankarada əməliyyat: 12 nəfər saxlanıldı,

Azərbaycan neftinin qiyməti 75 dollardan aşağı düşüb

Azərbaycan neftinin qiyməti 75 dollardan aşağı düşüb

Tarix: Dün, 09:23

Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 1,03 ABŞ dolları, yaxud 1,34 % azalaraq 75,53 ABŞ dolları təşkil edib.

Bu barədə neft bazarındakı mənbə məlumat yayıb.

Hərracların nəticələrinə görə, “Brent” markalı neftin dekabr fyuçerslərinin qiyməti 74,96 ABŞ dolları təşkil edib.

Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 75 ABŞ dollarından hesablanıb.

Xatırladaq ki, "Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb. Azərbaycanda neft əsasən "Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokunun işlənməsi haqqında müqavilə çərçivəsində hasil edilir. Müqavilədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) payı 25 %-dir.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR