Son Xəbər: ABŞ-dan İrana növbəti xəbərdarlıq: İsrailə hücum etsə..., Müdafiə Nazirliyi toplanışlarla bağlı məlumat yaydı, Aktyor və arvadının ölümü ilə bağlı cinayət işi açıldı, Prezident: Biz artıq Qlobal Cənub və Qlobal Şimal arasında iqlim üzrə əməkdaşlığa töhfə veririk, Ərdoğan rus dilində təşəkkür etdi, Bu rayonun da hərbi komissarı saxlanıldı, İlham Əliyevin Paşinyanla görüşü başladı, İlham Əliyev BRİCS Sammitinin ilk plenar iclasında - Fotolar, Yasamalda dəhşət: Kranlar aşdı, Ankarada əməliyyat: 12 nəfər saxlanıldı,

Taksi sürücüləri üçün növbəti imtahan keçiriləcək

Taksi sürücüləri üçün növbəti imtahan keçiriləcək

Tarix: Dün, 10:44

Xüsusi hazırlıq keçmiş taksi minik avtomobili sürücüləri və beynəlxalq sərnişin və yük daşımaları fəaliyyətinin operatorunun məsul şəxslərinin hazırlıq səviyyəsinin qiymətləndirilməsi məqsədilə oktyabrın 27-də imtahan keçiriləcək.

Bu barədə Dövlət İmtahan Mərkəzi məlumat yayıb.

Qeyd edilib ki, imtahanlarda iştirak etmək üçün ümumilikdə 1398 nəfər qeydiyyatdan keçib.

Xüsusi hazırlıq keçmiş taksi minik avtomobili sürücüləri üçün imtahan Dövlət İmtahan Mərkəzinin elektron imtahanlar korpusunda (Bakı şəhəri, Binəqədi rayonu, S.S.Axundov, 50. TÜRKPA-nın yanı) və DİM-in Gəncə Regional bölməsində, beynəlxalq sərnişin və yük daşımaları fəaliyyətinin operatorunun məsul şəxslərinin xüsusi hazırlığının nəticələrinin qiymətləndirilməsi məqsədilə imtahanlar isə Dövlət İmtahan Mərkəzinin elektron imtahanlar korpusunda (Bakı şəhəri, Binəqədi rayonu, S.S.Axundov, 50. TÜRKPA-nın yanı) kompüter vasitəsilə elektron qaydada keçiriləcək. İmtahana buraxılış vərəqəsində göstərilən vaxtda gəlmək lazımdır.

İmtahan iştirakçıları imtahanı yekunlaşdırdıqda və ya imtahan üçün ayrılan vaxt başa çatdıqda nəticələrlə tanış olmaq imkanına malik olacaqlar. Nəticələr həmçinin növbəti gün DİM-in saytına yerləşdiriləcək.

Məlumata görə, imtahanlar 1 saat davam edəcək. İmtahan zamanı taksi minik avtomobili sürücülərinə xüsusi hazırlığın proqramını əhatə edən, etik davranış və avtomobil nəqliyyatı ilə sərnişin daşımalarını tənzimləyən normativ hüquqi aktlara dair 20 test tapşırığı, beynəlxalq sərnişin və yük daşımaları fəaliyyətinin operatorunun məsul şəxslərinə isə peşəkarlıq səriştəsinə dair 25 test tapşırığı təqdim ediləcək. Hər tapşırığın düzgün cavabı 1 balla qiymətləndirilir. Səhv cavablar düzgün cavabların nəticəsinə təsir göstərmir. 10 və daha çox bal toplamış taksi minik avtomobili sürücüləri, 15 və daha çox bal toplamış beynəlxalq yük daşımalarını həyata keçirən sürücülər imtahanı müvəffəqiyyətlə vermiş sayılırlar və onlara müvafiq şəhadətnamələr təqdim edilir.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR