Son Xəbər: Eldar Əzizov Bağırov körpüsündə - Fotolar, “Qarabağ”ın matçını idarə edən hakim işindən uzaqlaşdırıldı, "Azərişığ"ın əməkdaşı faciəli şəkildə öldü, İsrail İranın 2 əsgərini ÖLDÜRÜB, Bakıda güclü yanan obyekt məşhur otel imiş, Zelenski Quterreşin Kiyevə səfər istəyini qəbul etmədi, Bakıda güclü yanğın başlayıb, Zelenski Quterreşin Ukraynaya səfərinə icazə vermədi - Şok, Bakıda məşhur mağazadan ətir oğurlayan bacılara hökm oxundu, Putin İsveçə yeni səfir təyin etdi,

“Qarabağ”ın matçını idarə edən hakim işindən uzaqlaşdırıldı

“Qarabağ”ın matçını idarə edən hakim işindən uzaqlaşdırıldı

Tarix: Dün, 15:35

Avropa Futbol Assosiasiyaları İttifaqının (UEFA) "Qarabağ"ın avrokubok oyununu idarə etmiş polşalı baş hakim Bartoş Frankovskini 2025-ci ilə qədər diskvalifikasiya edib.

Buna referinin digər həmkarı Tomaş Musyalla birgə içkili halda yol nişanlarına zərər yetirməklə qeyri-etik davranışları səbəb olub.

Onlar cari mövsümün əvvəlində Çempionlar Liqasının III təsnifat mərhələsinin "Reyncers" (Şotlandiya) - "Dinamo" (Kiyev, Ukrayna) oyununa VAR hakimləri kimi təyinat alıblar. Lakin etdikləri hərəkətlərə görə başqa hakimlərlə əvəzləniblər.

Hər iki ədalət qoruyucusu nizam-intizam qaydalarını pozduğuna görə UEFA tərəfindən 2025-ci ilin iyun ayına qədər hakimlikdən uzaqlaşdırılıblar.

Qeyd edək ki, Bartoş Frankovski 2022-ci ildə "Qarabağ" və Fransanın "Marsel" komandaları arasında keçirilən UEFA Konfrans Liqasının pley-off mərhələsinin cavab qarşılaşmasının baş hakimi olub.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR