Son Xəbər: Umerov: Ukrayna nümayəndə heyəti Əbu-Dabiyə yola düşüb, Şəmkirdə yol qəzasında iki nəfər xəsarət alıb, Rusiya Odessaya hücum edib, 3 nəfər ölüb, Özgür Özəl Zəfər Günü münasibətilə İlham Əliyevi təbrik edib, Krit adası sahillərində 12 qanunsuz miqrantın meyiti aşkarlanıb, Sabah Bakıda hava yağmursuz olacaq, İlham Əliyev Kamboca Kralını təbrik edib, Hüquqi şəxslərin dövlət reyestrinə daxil edilməsi üçün rüsum tətbiq olunacaq, Mehriban Əliyevadan Bayraq Günü ilə bağlı - Paylaşım, Prezidentin sosial şəbəkə hesablarında Bayraq Günü münasibətilə videoçarx paylaşılıb,

Məşhur musiqiçi vəfat etdi

Məşhur musiqiçi vəfat etdi

Tarix: 4-11-2024, 15:46

Maykl Ceksonun “Triller”, “Qeyri-adi” (“Off the Wall”) və “Pis” (“Bad”) albomlarının prodüseri, musiqiçi, 28 “Qremmi” mükafatının sahibi Kuinsi Cons 91 yaşında dünyasını dəyişib.

Bu barədə məlumatı onun ailəsi təsdiqləyib.

Bildirilib ki, musiqiçi bazar günü gecə evində dünyasını dəyişib.

Qeyd edək ki, 75 illik karyerası boyunca bir çox albom buraxan Cons 20-ci əsrin ən nüfuzlu caz musiqiçilərindən biri hesab olunur.

Karyerasının əvvəlində Frank Sinatra ilə işləyən Cons onun klassik mahnısı olan “Məni Aya uçur” (Fly Me To The Moon) mahnısını caz nümunəsinə çevirə bilib.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR