Son Xəbər: Umerov: Ukrayna nümayəndə heyəti Əbu-Dabiyə yola düşüb, Şəmkirdə yol qəzasında iki nəfər xəsarət alıb, Rusiya Odessaya hücum edib, 3 nəfər ölüb, Özgür Özəl Zəfər Günü münasibətilə İlham Əliyevi təbrik edib, Krit adası sahillərində 12 qanunsuz miqrantın meyiti aşkarlanıb, Sabah Bakıda hava yağmursuz olacaq, İlham Əliyev Kamboca Kralını təbrik edib, Hüquqi şəxslərin dövlət reyestrinə daxil edilməsi üçün rüsum tətbiq olunacaq, Mehriban Əliyevadan Bayraq Günü ilə bağlı - Paylaşım, Prezidentin sosial şəbəkə hesablarında Bayraq Günü münasibətilə videoçarx paylaşılıb,

Trampı ilk onlar təbrik etdi - Siyahıda Zelenski də var

Trampı ilk onlar təbrik etdi - Siyahıda Zelenski də var

Tarix: 6-11-2024, 12:56

Xəbər verdiyimiz kimi, Respublikaçılar Partiyasından ABŞ prezidentliyinə namizəd Donald Tramp seçkilərdə qələbə qazandığını elan edib və özünü ölkənin 47-ci prezidenti adlandırıb.

Dünya liderləri və siyasətçilər də artıq Trampı təbrik etməyə başlayıb.

Belə ki, onu təbrik edənlər arasında Ukrayna Prezidenti Volodimir Zelenski, Fransa lideri Emmanuel Makron, İsrailin Baş naziri Benyamin Netanyahu, Macarıstanın Baş naziri Viktor Orban, NATO Baş katibi Mark Rutte, Gürcüstan hökumətinin başçısı İrakli Kobaxidze də var. 

Makron öz təbrikində Trampla “sülh və firavanlıq naminə” işləməyə hazır olduğunu qeyd edib. Orban isə 78 yaşlı siyasətçinin qələbəsinin bütün dünya üçün çox zəruri olduğunu hesab etdiyini vurğulayıb. Netanyahu öz növbəsində Donald Trampın Ağ Evə geri qayıtmasını tarixi hadisə adlandırıb. 

Zelenski isə “X” hesabında etdiyi paylaşımda qeyd edib: “Prezident Trampı şəxsən təbrik etmək imkanını və Ukraynanın ABŞ ilə strateji tərəfdaşlığını gücləndirmək yollarını müzakirə etməyi səbirsizliklə gözləyirəm”.

Xatırladaq ki, hazırda səslərin hesablanması davam edir. Prezident postu uğrunda Demokratların nümayəndəsi Kamala Harrislə Respublikaçılar Partiyasının namizədi Donald Tramp mübarizə aparıb. “Fox News”un məlumatına görə, Tramp seçkilərdə qalib gəlmək üçün tələb olunan 270 seçici səsi həddini keçib və 277 səs toplayıb.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR