Son Xəbər: Babək Quliyev UEFA-dan növbəti təyinat alıb, Qazaxıstanda qəzaya uğrayan təyyarəmizə abidə ucaldılacaq, London COP29-da iqlim dəyişikliyi ilə mübarizədə töhfəyə görə Bakıya təşəkkür edib, Arsenala qəbul edilən bu raket ilk dəfə paradda göstərildi, Azərbaycan Türkiyədən taxıl və paxlalı idxalına çəkdiyi xərci 6 %-ə yaxın artırıb, Paşinyan Ermənistan ordusunun rəhbər heyəti ilə müşavirə keçirib, Karapetyan “Ermənistan Elektrik Şəbəkələri”ni idarə etməkdən məhrum edilə bilər, İslam Oyunları: Azərbaycan millisi yarımfinalda məğlub olub, Tusk: Ukraynanın müharibəni uduzması üçün obyektiv səbəb yoxdur, Sabah 24 dərəcə isti olacaq - PROQNOZ,

Bu gün Azərbaycanda COP29-a start verilir

Bu gün Azərbaycanda COP29-a start verilir

Tarix: 11-11-2024, 08:37


Bu gündən Azərbaycanda BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) başlayır.

Azərbaycanın COP29-a ev sahibliyi etməsi ilə bağlı qərar COP28-in dekabrın 11–də keçirilən plenar iclasında verilib.

Beynəlxalq tədbirlərə ev sahibliyi etmək sahəsində böyük təcrübəyə malik olan Azərbaycanda Tərəflər Konfransının bu ilki tədbirləri 11-22 noyabr tarixlərində baş tutacaq.

COP29 Sədrliyi Fəaliyyət Gündəliyi çərçivəsində qlobal təşəbbüsləri elan edib. Sədrlik tərəfindən irəli sürülən təşəbbüslərin məqsədi iqlim fəaliyyətini irəlilətmək, tərəf olmayan maraqlı tərəflərin fəal iştirakını təşviq etmək və iqlim dəyişmələri ilə bağlı ambisiyaları artırmaq və fəaliyyətə təkan verməkdir.

Tədbirin ilk günü, yəni noyabrın 11-də COP29-un rəsmi açılış mərasimi olacaq. Noyabrın 12-13-də Dünya liderlərinin İqlim Fəaliyyətinin Təqdimatı baş tutacaq.

BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyanın tərəf dövlətlərindən 80-ə yaxın dövlət və hökumət başçısı noyabrın 12-dən 13-dək COP29 çərçivəsində Bakıda keçiriləcək Dünya Liderlərinin İqlim Fəaliyyəti Sammitinin yüksək səviyyəli seqmentində rəsmi bəyanatlarla çıxış edəcək.

Noyabrın 13-də dövlət və hökumət başçılarının çıxışları davam edəcək.

Qeyd edək ki, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının (UNFCCC) Tərəflər Konfransı 1995-ci ildən hər il keçirilir. Bu tədbirin keçirilməsində əsas məqsəd dünyada iqlim dəyişikliyi ilə mübarizədə irəliləyişləri qiymətləndirməkdir. 1990-cı illərin ortalarından başlayaraq sözügedən konfrans çərçivəsində inkişaf etmiş ölkələrdə istixana qazlarının atmosferə tullantılarının məhdudlaşdırılması ilə bağlı icbari hüquqi öhdəlikləri ehtiva edən Kioto Protokolu müzakirə olunmuşdu. 2011-2015-ci illərdə keçirilən sessiyalarda iqlim dəyişikliyi ilə mübarizədə ən əhəmiyyətli beynəlxalq sənəd hesab olunan Paris Sazişi müzakirə edilib və 2015-ci ildə qəbul olunub. Bu günədək 195 ölkə, o cümlədən Azərbaycan bu razılaşmaya qoşulub.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR