Son Xəbər: COP29-da iştirak edən dünya liderləri Bakı ilə bağlı bu paylaşımları etdilər – VİDEO, Azərbaycan "Baker Hughes" ilə emissiyaların azaldılmasını müzakirə edib, Azərbaycan Prezidenti Avropa Şurasının Baş katibi ilə görüşüb - YENİLƏNİB, Ermənistanın COP29 FOBİYASI – Pərt olmaqdan qorxduqları üçün Bakıya GƏLMİRLƏR?, Oxşar taleyi yaşayanlar: Ahıska, Krım və Qərbi Azərbaycan türkləri - ANALİZ, COP29-un prezidenti: Azərbaycan iqlim dəyişikliyinin təsirlərini birbaşa yaşayır, Boliviyalı siyasətçi: “İqlim maliyyələşməsi üçün 1,3 trilyon dollar tələb edilir”, Muxtar Babayev: "Çoxtərəfli inkişaf banklarını milli planlar üçün uyğunlaşma maliyyəsini artırmağa bir daha çağırırıq", “Bakının memarlığının müxtəlifliyi şəhəri unikal edir” -Pakistanlı müşahidəçi, Azərbaycan Prezidenti Banqladeşə rəsmi səfərə dəvət olunub,

Tonqanın baş naziri: Qlobal temperaturun 1,5 dərəcədən çox artmasına imkan verə bilmərik

Tonqanın baş naziri: Qlobal temperaturun 1,5 dərəcədən çox artmasına imkan verə bilmərik

Tarix: Dün, 14:05


Qlobal temperaturun 1,5 dərəcədən çox artmasına imkan verə bilmərik.

Bunu COP29-da çıxış edən Tonqanın Baş naziri, Sakit okean adaları Forumunun sədri Siaosi Sovaleni deyib.

Baş nazir bu gün "yaşıl ada"nın təmsil edərək Bakıda olmaqdan məmnunluğunu bildirib:

"Azərbaycan rəhbərliyinə təşəkkür edirəm ki, bizi bu tədbirə dəvət edib. Bu gün 200-ə qədər dövlətin qarşısında ciddi problem dayanıb. Tonqa da Sakit okeanda ada dövləti olaraq, ekoloji problemlərlə üzləşir. Biz indi iqlim dəyişikliyinə qarşı müqavimətdən danışırıq, lakin bunun qarşısını almaq asan deyil. Artıq sonuncu mərhələdəyik.

Qlobal temperaturun 1,5 dərəcədən çox artmasına imkan verə bilmərik. Bizim ölkədə 2023 cü ildən etibarən başlayan torpaqların deqradasiyası flora və faunanın qorunub saxlanılmasında ciddi problemlər yaradıb. Sakit okean adaları Forumunun toplantılarında güclü və zəif nöqtələrimizi müəyyən etmişik. Bu gün mümkün qədər böyük məqsədləri müzakirə etməli və birgə addım atmalıyıq.

Kiçik ada dövlətlərinin taleyi bu konfransda həll olunmalıdır. Bu təşəbbüslərdən irəli gələrək ümid edirik ki, yeni ittifaqlar qurulacaq və milli səviyyədə töhfələrə nail olacağıq. Həmçinin maliyyə yardımlarının ayrılmasına nail olacağımıza ümidliyik. Biz on illik proqramımızı kiçik ada dövlətlərində həyata keçirməliyik".




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR