Son Xəbər: COP29-da iştirak edən dünya liderləri Bakı ilə bağlı bu paylaşımları etdilər – VİDEO, Azərbaycan "Baker Hughes" ilə emissiyaların azaldılmasını müzakirə edib, Azərbaycan Prezidenti Avropa Şurasının Baş katibi ilə görüşüb - YENİLƏNİB, Ermənistanın COP29 FOBİYASI – Pərt olmaqdan qorxduqları üçün Bakıya GƏLMİRLƏR?, Oxşar taleyi yaşayanlar: Ahıska, Krım və Qərbi Azərbaycan türkləri - ANALİZ, COP29-un prezidenti: Azərbaycan iqlim dəyişikliyinin təsirlərini birbaşa yaşayır, Boliviyalı siyasətçi: “İqlim maliyyələşməsi üçün 1,3 trilyon dollar tələb edilir”, Muxtar Babayev: "Çoxtərəfli inkişaf banklarını milli planlar üçün uyğunlaşma maliyyəsini artırmağa bir daha çağırırıq", “Bakının memarlığının müxtəlifliyi şəhəri unikal edir” -Pakistanlı müşahidəçi, Azərbaycan Prezidenti Banqladeşə rəsmi səfərə dəvət olunub,

Gələn həftə Milli Məclisdə Azərbaycanın 2025-ci il üçün dövlət büdcəsinin müzakirələri başlayacaq

Gələn həftə Milli Məclisdə Azərbaycanın 2025-ci il üçün dövlət büdcəsinin müzakirələri başlayacaq

Tarix: Dün, 12:08

Milli Məclisdə noyabrın 18-də Azərbaycanın 2025-ci il üçün dövlət büdcəsi zərfinin müzakirələri başlayacaq.

“Report”a məlumatı parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvlərindən biri təsdiq edib.

Həmin gün adıçəkilən komitədə büdcə zərfinə daxil olan qanun layihələrinin ilk müzakirəsi planlaşdırılır.

Qeyd edək ki, Maliyyə Nazirliyinin Milli Məclisə təqdim etdiyi layihəyə əsasən, 2025-ci ildə dövlət büdcəsinin gəlirlərinin 38 milyard 316 milyon manat (2024-cü ilin təsdiq olunmuş proqnozuna nisbətən 5,3 % çox), xərclərinin isə 41 milyard 367,6 milyon manat (4,1 % çox) olacağı gözlənilir.

Son nəticədə büdcədə 3 milyard 51,6 milyon manat kəsir yaranmalıdır. Bu isə illik müqayisədə 9 % azdır.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR