Son Xəbər: Fransada kütləvi nümayişlər BAŞLAYIR, Sazişin 90 faizi razılaşdırılıb - PAŞİNYAN, Müdafiə Sənayesi Nazirliyi yeni şirkət yaradıb - Nizamnamə kapitalı 6 milyon manat, Bakıda nə qədər əhali yaşayır? - RƏSMİ, Paşinyanın qarma-qarışıq halı - Rusiya ilə Qərb arasında vurnuxan İrəvan - ŞƏRH, Almaniya Gürcüstanla kredit əməkdaşlığından imtina edib, İranda bitki yağı zavodunda baş verən yanğında beş nəfər ölüb, Baş nazirdən bu nəqliyyat vasitələrilə bağlı - Qərar, Juninyo ən çox qol vuran futbolçuların siyahısında, Prezident Mövlud Çavuşoğlunu qəbul etdi - Foto,

Mikayıl Cabbarov: “SOCAR məqsədyönlü fəaliyyəti ilə iqlim dəyişikliklərinin həllində nümunəvi model yaradıb”

Mikayıl Cabbarov: “SOCAR məqsədyönlü fəaliyyəti ilə iqlim dəyişikliklərinin həllində nümunəvi model yaradıb”

Tarix: 16-11-2024, 13:25

Azərbaycan qlobal enerji sektorunda xüsusi və önəmli yer tutur.

Bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov COP29 çərçivəsində təşkil olunmuş tədbirdə bildirib.

"Qürurla demək istəyirəm ki, biz ənənəvi, yəni neft-qaz sektoruna əsaslanan iqtisadiyyatdan başqa iqtisadiyyata keçidlə bağlı addımlar atırıq"- deyə o qeyd edib.

M. Cabbarov vurğulayıb ki, Azərbaycan ötən 5 ildə daha çox davamlı inkişafa və enerji keçidinə fokuslanıb: "Artıq bizim ilkin nəticələrimiz var. Azərbaycan Cənubi Qafqazda ən böyük bərpa olunan enerji stansiyalarına malikdir. İki gün əvvəl dövlət başçıları səviyyəsində “Azərbaycan, Qazaxıstan və Özbəkistan hökumətləri arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş” imzalanıb. Biz bu layihəni üç ölkənin enerji sistemlərini birləşdirən mühüm layihə hesab edirik. Layihə Xəzər dənizinin dibi ilə elektrik kabelinin çəkilməsini nəzərdə tutur".

Bundan başqa, onun sözlərinə görə, Azərbaycan Gürcüstan, Rumıniya, Bolqarıstanın və Macarıstanın olduğu konsorsiumun üzvüdür, Qara Dənizdə sualtı elektrik kabelinin tikintisi nəzərdə tutulur.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR