Son Xəbər: Umerov: Ukrayna nümayəndə heyəti Əbu-Dabiyə yola düşüb, Şəmkirdə yol qəzasında iki nəfər xəsarət alıb, Rusiya Odessaya hücum edib, 3 nəfər ölüb, Özgür Özəl Zəfər Günü münasibətilə İlham Əliyevi təbrik edib, Krit adası sahillərində 12 qanunsuz miqrantın meyiti aşkarlanıb, Sabah Bakıda hava yağmursuz olacaq, İlham Əliyev Kamboca Kralını təbrik edib, Hüquqi şəxslərin dövlət reyestrinə daxil edilməsi üçün rüsum tətbiq olunacaq, Mehriban Əliyevadan Bayraq Günü ilə bağlı - Paylaşım, Prezidentin sosial şəbəkə hesablarında Bayraq Günü münasibətilə videoçarx paylaşılıb,

Rusiyadan Ukraynanın uzaqmənzilli hücumlar edəcəyi xəbərinə REAKSİYA

Rusiyadan Ukraynanın uzaqmənzilli hücumlar edəcəyi xəbərinə REAKSİYA

Tarix: 18-11-2024, 14:35


ATACMS raketləri ilə Rusiya Federasiyasının dərinliklərinə hücum etmək qərarı keyfiyyətcə yeni gərginlik mərhələsi deməkdir.

Bunu jurnalistlərə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

“Əgər belə bir qərar həqiqətən tərtib edilibsə və Kiyev rejiminə çatdırılıbsa, əlbəttə ki, bu, gərginliyin keyfiyyətcə yeni raundu və ABŞ-ın bu münaqişədə iştirakı baxımından keyfiyyətcə yeni vəziyyətdir”, - Peskov bildirib.

Rusiya liderinin mətbuat katibi qeyd edib ki, Moskvanın mövqeyi hər kəs üçün tamamilə aydın olmalıdır.

“Bu siqnallar kollektiv Qərb tərəfindən oxunub və onlar Sankt-Peterburqda prezident tərəfindən səsləndirilib”, – Peskov xatırladıb.

Bundan əvvəl Rusiya prezidenti Vladimir Putin vurğulamışdı ki, Ukrayna ordusunun özü müasir Qərb uzaqmənzilli silahları ilə zərbələr endirmək iqtidarında deyil, uçuş missiyalarını yalnız NATO ölkələrinin hərbi qulluqçuları yerinə yetirə bilər və yalnız NATO peyklərinin kəşfiyyat məlumatlarından istifadə edə bilər.

“Əgər bu qərar (uzaqmənzilli silahlarla zərbələr haqqında) verilərsə, bu, NATO ölkələrinin, ABŞ-ın, Avropa ölkələrinin Ukraynadakı müharibədə birbaşa iştirakından başqa bir şey ifadə etməyəcək. Və bu, əlbəttə ki, münaqişənin mahiyyətini əhəmiyyətli dərəcədə dəyişir”, - Putin sentyabrın 12-də deyib.

Onun sözlərinə görə, bu halda Rusiya onun üçün yaradılacaq “təhdidlərə əsaslanaraq müvafiq qərarlar qəbul edəcək”.

Noyabrın 17-də “Nyu-York Tayms” öz mənbələrinə istinadən yazıb ki, Bayden Ukrayna ərazisindən Rusiya Federasiyasının dərinliklərinə ATACMS taktiki ballistik raketləri ilə zərbələr endirməyə icazə verib. Vaşinqton, Paris və Londondan hələlik bu məlumatın rəsmi təsdiqi yoxdur.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR