Tarix: 22-11-2024, 17:13
“Bir həftədir Bakıdayam. Vaxtım az olsa da, şəhəri ekskursiya edə bildim. Bura çox xoşuma gəldi. Xəzər dənizini və xalça muzeyini görmək, həmçinin köhnə şəhərə baş çəkmək imkanım oldu. Məncə, binalar çox gözəldir, insanlar mehribandır, yeməklər isə çox dadlıdır".
Bu sözləri Bizim.Media-ya norveçli iştirakçı Ase Moller-Hansen bildirib. O, konfransın nəticəsi ilə bağlı fikirlərini də bölüşüb:
“Ümumilikdə, çox maraqlı, möhtəşəm, eyni zamanda da çətin bir təcrübə oldu. Bu, mənim COP-da ilk iştirakım idi.
Sülh və Azadlıq üzrə Qadınların Beynəlxalq Liqasındanam. Biz bura sülh haqqında danışmaq üçün gəlmişdik, çünki bu, Sülh COP-u hesab olunur. Amma burada sülhdən çox danışılmadı, daha çox maliyyə məsələlərinə diqqət yetirildi, bu da, əlbəttə, çox vacibdir. Arzu edərdim ki, sülh və demokratiya problemlərinin həlli ilə bağlı daha çox müzakirələr aparılsın”.
Bizim.Media