Son Xəbər: Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb, Baş nazirdən yeni qərar: Bu tələbələrə ödəniş EDİLƏCƏK, Qərbi Azərbaycana Qayıdış üzrə Təşəbbüs Qrupu Bəyanat yaydı, Müdafiə naziri: Ali Baş Komandanın Ordumuzun gücünü bir daha qeyd etməsi istənilən təxribatlara qarşı məsuliyyətimizi artırır, Tramp Rusiya-Ukrayna münaqişəsi üzrə xüsusi elçisinin adını açıqladı, Belçika səfirliyi: “COP29-da inanılmaz əməkdaşlığa şahid olduq” – FOTO, Azərbaycanda zəlzələ olub, İranda elmi işini hicabsız müdafiə edən xanım bir il azadlıqdan məhrum edilib, UEFA-dan azərbaycanlı mütəxəssisə növbəti TƏYİNAT, Pulsuz ictimai nəqliyyat xidməti bu tarixdə başa çatır,

Qərbi Azərbaycana Qayıdış üzrə Təşəbbüs Qrupu Bəyanat yaydı

Qərbi Azərbaycana Qayıdış üzrə Təşəbbüs Qrupu Bəyanat yaydı

Tarix: Bugün, 15:56

Azərbaycan Respublikası Milli Məclisinin Qərbi Azərbaycana Qayıdış üzrə Təşəbbüs Qrupu Bəyanat yayıb.

Bəyanatda deyilir:

"Ermənistanın Baş naziri Nikol Paşinyanın Qərbi Azərbaycan məsələsini və uydurma “Qərbi Ermənistan” anlayışı arasında paralel aparmaq cəhdi qəbuledilməzdir.

Qərbi Azərbaycan məsələsi etnik təmizləməyə məruz qalmış azərbaycanlıların Ermənistana dinc, təhlükəsiz və ləyaqətli şəkildə qayıdışına xidmət edən insan hüquqları mövzusudur. “Qərbi Ermənistan” ifadəsi isə Ermənistanın Konstitusiyası və digər əsas sənədlərində və siyasi addımlarında öz əksini tapmış ərazi iddiasıdır.

Baş nazirin ən azı sözdə uydurma “Qərbi Ermənistan” anlayışını sual altına alması, “mifik Ermənistandan real Ermənistana keçmək” barədə bəyanatları, əslində çoxdan atılmalı olan addımlardır. Lakin bu, etnik təmizləməyə məruz qalmış Qərbi azərbaycanlıların sülh yolu ilə öz evlərinə qayıtmaq hüququ hesabına başa gəlməməlidir.

Bizim insan hüquqlarına əsaslanan haqq işimizi ərazi iddiası ilə müqayisə etmək yolverilməzdir. Bir daha xatırladaq ki, Qərbi Azərbaycan İcması dəfələrlə Ermənistan hökumətinə müraciət edərək, Qərbi azərbaycanlıların qayıdışı ilə bağlı beynəlxalq hüququn norma və prinsiplərinə, o cümlədən dövlətlərin ərazi bütövlüyü və suverenliyinə tam riayət olunmaqla dialoq başlatmağı təklif etmişdir. Lakin Ermənistan bu çağırışlara məhəl qoymamış və qəsdən İcmanın fəaliyyətini özünün ərazi bütövlüyünə təhdid kimi təhrif etmişdir.

Baş nazir Paşinyan belə yanlış müqayisələr aparmaq əvəzinə, İcmanın dialoq çağırışlarına cavab verməli, Qərbi azərbaycanlıların təhlükəsiz və ləyaqətli qayıdışını təmin etməli, Ermənistanın Konstitusiyası və digər sənədlərdən Azərbaycana və digər qonşu dövlətlərə qarşı ərazi iddialarını dərhal və qeyd-şərtsiz çıxarmaq üzərində işləməli və təhlükəli militarizasiya siyasətinə son qoymalıdır".




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR