Son Xəbər: Umerov: Ukrayna nümayəndə heyəti Əbu-Dabiyə yola düşüb, Şəmkirdə yol qəzasında iki nəfər xəsarət alıb, Rusiya Odessaya hücum edib, 3 nəfər ölüb, Özgür Özəl Zəfər Günü münasibətilə İlham Əliyevi təbrik edib, Krit adası sahillərində 12 qanunsuz miqrantın meyiti aşkarlanıb, Sabah Bakıda hava yağmursuz olacaq, İlham Əliyev Kamboca Kralını təbrik edib, Hüquqi şəxslərin dövlət reyestrinə daxil edilməsi üçün rüsum tətbiq olunacaq, Mehriban Əliyevadan Bayraq Günü ilə bağlı - Paylaşım, Prezidentin sosial şəbəkə hesablarında Bayraq Günü münasibətilə videoçarx paylaşılıb,

Gürcüstanda hakim partiyanın prezidentliyə namizədi o oldu

Gürcüstanda hakim partiyanın prezidentliyə namizədi o oldu

Tarix: 27-11-2024, 12:03


Gürcüstanın hakim “Gürcü arzusu – Demokratik Gürcüstan” partiyasının prezidentliyə namizədi bəlli olub.

Bu barədə məlumatı partiyanın təsisçisi Bidzina İvanişvili “Gürcü arzusu”nun siyasi şurasının iclasından sonra brifinqdə açıqlayıb.

Sözügedən namizəd Mixail Kavelaşvilidir. 53 yaşlı Kavelaşvili Gürcüstan parlamentinin deputatı və “Xalqın Gücü” partiyasının siyasi katibidir. 

Qeyd edək ki, M. Kavelaşvili, həmçinin Gürcüstanın futbol üzrə yığma komandasının keçmiş hücumçusu olub.

Onu da xatırladaq ki, Gürcüstanda prezident seçkiləri dekabrın 14-də keçiriləcək. Ölkənin hazırkı Prezidenti Salome Zurabişvili 2018-ci ildə vətəndaşların birbaşa səsverməsi yolu ilə 6 illik müddətə seçilib. Onun səlahiyyət müddəti bu payız başa çatır.

Gürcüstan Konstitusiyasına yeni düzəlişlərə əsasən, yeni prezident oktyabrın 26-da baş tutan parlament seçkilərindən sonra deputatlardan və yerli özünüidarə orqanlarının nümayəndələrindən ibarət 300 nəfərlik seçici kollegiyası tərəfindən 5 illik müddətə seçiləcək.

72 yaşlı S.Zurabişvili daha əvvəl açıqlamasında ikinci müddətə prezident seçilmək niyyətində olduğunu bildirmişdi.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR