Son Xəbər: Umerov: Ukrayna nümayəndə heyəti Əbu-Dabiyə yola düşüb, Şəmkirdə yol qəzasında iki nəfər xəsarət alıb, Rusiya Odessaya hücum edib, 3 nəfər ölüb, Özgür Özəl Zəfər Günü münasibətilə İlham Əliyevi təbrik edib, Krit adası sahillərində 12 qanunsuz miqrantın meyiti aşkarlanıb, Sabah Bakıda hava yağmursuz olacaq, İlham Əliyev Kamboca Kralını təbrik edib, Hüquqi şəxslərin dövlət reyestrinə daxil edilməsi üçün rüsum tətbiq olunacaq, Mehriban Əliyevadan Bayraq Günü ilə bağlı - Paylaşım, Prezidentin sosial şəbəkə hesablarında Bayraq Günü münasibətilə videoçarx paylaşılıb,

İlham Əliyev Fərman imzaladı

İlham Əliyev Fərman imzaladı

Tarix: 27-11-2024, 16:35

 
Prezident İlham Əliyev “İşğaldan azad edilmiş ərazilərdə kənd təsərrüfatı təyinatlı torpaqların sahibkarlıq subyektlərinə icarəyə verilməsi üzrə investisiya müsabiqələrinin keçirilməsi Qaydaları”nı təsdiq edib.

Bununla bağlı dövlət başçısı yeni fərman imzalayıb.

Fərmana əsasən, bu Qaydalar işğaldan azad edilmiş ərazilərdə sahibkarlıq subyektlərinə icarəyə verilməsi nəzərdə tutulmuş kənd təsərrüfatı təyinatlı torpaqlar üzrə investisiya müsabiqələrinin keçirilməsinin müvəqqəti qaydalarını müəyyən edir. İnvestisiya müsabiqəsi icarəyə verilən torpaqlardan səmərəli istifadəni təmin edən investisiya layihələrinin seçilməsi məqsədilə keçirilir.

Müsabiqə Kənd Təsərrüfatı Nazirliyi tərəfindən “Elektron kənd təsərrüfatı” informasiya sisteminin (EKTİS) “kənd təsərrüfatı təyinatlı torpaqların istifadəsi” altsistemi vasitəsilə təşkil olunur.

Nazirlik müsabiqənin təşkili üçün bu Qaydalara əsasən komissiya yaradır və fəaliyyətini təşkil edir. Müsabiqə keçirilməsi haqqında elan hazırlanmalı və dərc olunmalıdır. Ərizə qəbulu müddəti başa çatdıqdan sonra daxil olmuş ərizələr komissiyaya təqdim edilir. Müsabiqə başa çatdıqdan sonra 3 iş günü müddətində Kənd Təsərrüfatı Nazirliyinin rəsmi internet səhifəsində müsabiqənin nəticələri haqqında məlumat dərc olunur.

Müsabiqə keçirilməsi haqqında elan müsabiqənin keçirildiyi gündən azı 45 gün əvvəl Kənd Təsərrüfatı Nazirliyinin rəsmi internet səhifəsində dərc edilməlidir.

Müsabiqənin qalibi müqavilə üzrə investisiya layihəsinin icrasına başlanıldığı tarixdən etibarən, bu Qaydalarda nəzərdə tutulmuş təşkilati plana əsasən, hər mərhələnin yekununa dair hesabatı növbəti ayın 10-dək EKTİS vasitəsilə nazirliyə təqdim etməlidir.

İnvestisiya layihəsi meyarlara 10 faizədək uyğun olduqda “0”, 11−20 faiz uyğun olduqda “2”, 21−60 faiz uyğun olduqda “3”, 61−80 faiz uyğun olduqda “4”, 81−100 faiz aralığında uyğun olduqda “5” balla qiymətləndirilir.





RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR