Son Xəbər: Tovuzda altı nəfərin öldüyü qəzada xəsarət alan yeniyetmə ölüb, Ağadadaş Ağayev özünü təqsirli bilməyib - MƏHKƏMƏ, Prezident ailəsi ilə Mərkəzi Nəbatat Bağının açılışında - Fotolar, Polşa prezidentinin şərti sərhəd “əməliyyatı” – dost dövlətin başçısının xətası - TƏHLİL, Astanada KTMT dövlət başçılarının sammiti keçirilir, Yeni ildə 7 gün ardıcıl iş olmayacaq, Sabah bəzi yerlərdə yağış yağacaq - PROQNOZ, İlham Əliyev Albaniya Prezidentini təbrik edib, Zığ dairəsi-Hava Limanı yolunda bəzi zolaqlar üzrə sürət həddi endirilib, Dünya bazarlarında neft ucuzlaşıb,

Ağadadaş Ağayev özünü təqsirli bilməyib - MƏHKƏMƏ

Ağadadaş Ağayev özünü təqsirli bilməyib - MƏHKƏMƏ

Tarix: Bugün, 15:50

 

Xalq artisti Ağadadaş Ağayevin cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.

"Report"un məlumatına görə, Binəqədi Rayon Məhkəməsində hakim Vüsal Tağıyevin sədrliyi ilə keçirilən prosesdə hadisə şahidləri iştirak etməyiblər.

Eləcə də tərəflər onların iştirakı olmadan prosesin keçirilməsinə etiraz etməyib.

Prosesdə ittiham aktı elan edilib. Xalq artisti ittihama münasibət bildirərək özünü təqsirli bilməyib.

O, prosesdə çıxışa hazır olmadığını deyib.

"Bütün məsələ havada qalıb. Mən kömək istəyirəmsə, niyə söyüşlə istəməliyəm? Hazırda çıxışa hazır deyiləm. Ona görə də bu gün ifadə vermək istəmirəm", - Xalq artisti deyib.

Məhkəmə prosesi dekabrın 3-ə kimi təxirə salınıb.

Qeyd edək ki, Ağadadaş Ağayevin mübahisə etdiyi Nurəddin Cəlilov və müğənninin atdığı baltanın dəydiyi xadimə Nəzakət Paşayeva cinayət işində zərərçəkən qismində tanınıb.


Xalq artisti Cinayət Məcəlləsinin 221.3-cü (xuliqanlıq,silah qismində istifadə olunan əşyalardan istifadə etməklə törədildikdə) maddəsi ilə təqsirli bilinir.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR