Son Xəbər: "Xocəsən" və "Avtovağzal" metrostansiyalarına giriş müvəqqəti pulsuz olacaq, Milli Məclisdə tələbə-gənclər təşkilatları ilə görüş keçirilməsi təklif edilib, Nazir: "Yanaşmamız xammalı daha çox emal etməkdir", Prezident: Azərbaycan beynəlxalq sülh və təhlükəsizliyin təmin olunmasını prioritet hesab edir, Sabah Azərbaycanda 34 dərəcə isti olacaq, Prezidentin sədrliyi ilə dağ-mədən və metallurgiya sənayesinin inkişafına dair Dövlət Proqramına həsr olunmuş müşavirə keçirilib, Formula 1-ə görə Bakıda bəzi məktəblər distant təhsilə keçib, Sentyabrın pensiya ödənişləri yekunlaşıb, FHN yanğın təhlükəsizliyi ilə bağlı kənd yerlərində yaşayan əhaliyə müraciət edib, Bakının bəzi yollarında nəqliyyatın sıxlığı müşahidə olunur,

Bəşər Əsəd Ərdoğanın təklifini qəbul edə bilər

Bəşər Əsəd Ərdoğanın təklifini qəbul edə bilər

Tarix: 2-12-2024, 14:17

Suriya prezidenti Bəşər Əsəd ölkənin şimalında vəziyyətin kəskin pisləşməsi ilə əlaqədar Türkiyə lideri Rəcəb Tayyib Ərdoğanın münasibətlərin normallaşdırılması təklifini qəbul edə bilər.

Bu barəd Türkiyənin iqtidaryönlü “Hürriyet” qəzeti yazıb.

“Bir ildir israrla prezident Ərdoğanımn ona uzatdığı əli sıxmayan Əsəd səhvinin bədəlini gördü. Bununla belə, hələ də gec deyil. Yeni şərtlərdə Əsəd Ərdoğanla əl sıxa bilər”, – “Hürriyet” qəzeti bildirib.

Xatırladaq ki, Suriyanın şimalında vəziyyət gərginləşib. Üsyankar “Heyət Təhrir əl-Şam” (HTŞ) qruplaşması hökumət qüvvələrinin nəzarətində olan Hələb şəhərini nəzarətə götürüb, cənub istiqamətinə doğru irəliləyir. Bu, son illərdə Suriya hökumətinə qarşı edilən ən böyük hücum sayılır.

Prezident Bəşər Əsəd qüvvələrinə qarşı döyüşən üsyançılar 2016-cı ildə ordu tərəfindən zorla çıxarıldıqdan sonra ilk dəfə Hələbə girib.

O vaxtdan bəri üsyançılar Hələbin yaxınlığında yerləşən İdlibdə, Türkiyə ilə sərhədə yaxın ərazilərdə güclü dayaqlar yaradıblar.

Müşahidəçilər bildiriblər ki, üsyançıların hücumundan sonra Rusiya 2016-cı ildən bəri ilk dəfə, şənbə gününə keçən gecə Hələbin bəzi hissələrinə hava zərbələri endirib.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR