Son Xəbər: Prezident Mövlud Çavuşoğlunu qəbul etdi - Foto, Ucqar kəndlərdə məktəbəqədər təhsildə "ailə modeli" yaradılacaq, Ceyhun Bayramov Maltaya getdi, Rektorun qızını aldadıb qızıllarını aldılar, Cənubi Koreyada kütləvi istefalar başladı, Onlar Şuşaya qayıdırlar - Foto, Milli Müdafiə Universitetində Türkiyə nümayəndə heyəti ilə görüş keçirilib, Məktəbdə işləmək istəyənlərin nəzərinə! - 84 vakansiya var, Baş Direktor NATO nümayəndələri ilə görüşüb, Zakir Həsənov türkiyəli generalla görüşdü - Fotolar,

Bakıda keçmiş nazir müavinini maşın vurub öldürdü

Bakıda keçmiş nazir müavinini maşın vurub öldürdü

Tarix: Dün, 14:11

 

Sovet illərində yüksək vəzifələrdə çalışmış 86 yaşlı İbrahim Mustafayev Bakıda yol qəzasında həyatını itirib.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, hadisə bu gün baş verib. Bildirilib ki, uzun illər dövlət vəzifələrində, eləcə də nazir müavini postunda çalışmış İ.Mustafayev paytaxt ərazisində yolu keçərkən avtomobilin vurması nəticəsində ölüb. Belə ki, o, məşq etdiyi idman zalından çıxıb yolu keçərkən bədbəxt hadisə ilə üzləşib.

Qeyd edək ki, İ.Mustafayev 1938-ci ildə Nuxada (indiki Şəki) anadan olub. O, 1977-84-cü illərdə Azərbaycan SSR yerli sənaye nazirinin müavini, 1984-89-cu illərdə V.İ.Lenin adına Şəki İstehsal İpək Birliyinin baş direktoru, 1989-94-cü illərdə Azərbaycan Yüngül Sənaye Nazirliyində şöbə müdiri, “Xalq Üçün Mallar” Dövlət Konserninin İdarə Heyəti sədrinin müavini vəzifəsində çalışıb.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR