Son Xəbər: Aktau qəzası: Prinsipial mövqe və siyasi dialoq nəticə verdi - Rusiya kompensasiya ödəyəcək - ŞƏRH, Azərbaycan-Aİ münasibətlərinin perspektivi müzakirə edilib, Əli Abdullahi: Hörmüzün blokadaya alınması ABŞ və İran arasında atəşkəsin pozulmasına səbəb olacaq, Bəqayi: İran və region ölkələri Hörmüz boğazının təhlükəsizliyini təmin edə bilər, Ceyhun Bayramov İsveçrə dövlət katibinin müavinini qəbul edib, Hüquqi Ekspertiza və Qanunvericilik Təşəbbüsləri Mərkəzinin iclası keçirilib, Ərdoğan: Türkiyə ABŞ ilə İran arasında atəşkəsin uzadılması üçün təkliflər verir, Latviya Prezidenti gələn həftə Azərbaycana səfər edəcək, "Araz Saatlı"nın rəsmisi futbolçuları və hakimləri təhdid etdiyinə görə 5 oyunluq cəzalandırılıb, Binəqədidə mebel sexinin fəaliyyəti dayandırılıb - VİDEO,

Zakir Həsənov türkiyəli generalla görüşdü - Fotolar

Zakir Həsənov türkiyəli generalla görüşdü - Fotolar

Tarix: 3-12-2024, 16:29

Zakir Həsənov türkiyəli generalla görüşdü - Fotolar

Müdafiə naziri general-polkovnik Zakir Həsənov ölkəmizdə rəsmi səfərdə olan Türkiyə Silahlı Qüvvələrinin Kəşfiyyat Baş İdarəsinin rəisi general-polkovnik Yaşar Kadıoğlunun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

Nazir iki qardaş ölkə arasında bütün sahələrdə olduğu kimi, hərbi sahədə də əməkdaşlığın inkişaf etdiyini vurğulayıb.

Z.Həsənov Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Hərbi Dialoq İclası çərçivəsində həyata keçirilən tədbirlərin əhəmiyyətini xüsusi qeyd edib.

Türkiyə nümayəndə heyətinə 44 günlük Vətən müharibəsində Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə qazanılan qələbədən sonra ordu quruculuğu istiqamətində aparılan uğurlu islahatlar barədə məlumat verilib.

Y.Kadıoğlu isə öz növbəsində səmimi qəbula və göstərilən qonaqpərvərliyə görə minnətdarlığını bildirib, Azərbaycan və Türkiyə arasında strateji müttəfiqliyin dostluq və qardaşlıq münasibətləri üzərində qurulduğunu qeyd edib. Keçirilən birgə təlimlərin qarşılıqlı təcrübə mübadiləsi baxımından mühüm əhəmiyyətə malik olduğu vurğulanıb.

Görüşdə həmçinin hərbi əməkdaşlığın inkişaf perspektivləri və regional təhlükəsizlik məsələləri müzakirə edilib.
Sonra müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev Türkiyə nümayəndə heyəti ilə görüşüb.

Azərbaycan Ordusunun Baş Qərargahında keçirilən görüşdə ölkələrimiz arasında hərbi əməkdaşlığın daha da genişləndirilməsində bu cür görüşlərin zəruriliyi diqqətə çatdırılıb. Hər iki qardaş ölkənin hərbi qulluqçularının peşəkarlığının daha da artırılması məqsədilə birgə təlimlərin intensivliyinin artırılmasının vacibliyi qeyd olunub.

Görüş zamanı qarşılıqlı maraq doğuran bir sıra digər məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.






RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR