Son Xəbər: Azərbaycanlı jurnalistlər İsrailin şimalında druz icmasında olublar, Maqsud Adıgözəlov: "Sabah" UEFA Çempionlar Liqasının əsas mərhələsində sonadək mübarizə aparacaq, Prezident İlham Əliyev BMT-nin Azərbaycanda yeni təyin olunmuş rezident əlaqələndiricisini qəbul edib, İlham Əliyev müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb, Bakıda 30, rayonlarda 32 dərəcə isti olacaq, Bakıda ustanı evin damında cərəyan vuraraq öldürüb, İlham Əliyev: Azərbaycan dünyanın mina ilə ən çox çirklənmiş ölkələrindən birinə çevrilib, Yeni tədris ili üzrə I sinfə elektron qəbul sabah başa çatacaq, İstisuda çimmək üçün icazə və ödəniş tələb olunmur – RƏSMİ, Putin yenə Qarabağdan danışdı,

Fuat Oktay: Türkiyə Suriyada terror dövləti qurulmasına icazə verməyəcək

Fuat Oktay: Türkiyə Suriyada terror dövləti qurulmasına icazə verməyəcək

Tarix: 7-12-2024, 15:05

 Türkiyə PKK-nın hansısa bir qolunun Suriyada terror dövləti qurmasına icazə verməyəcək.

Bunu Türkiyə Böyük Millət Məclisinin Xarici əlaqələr komitəsinin sədri Fuat Oktay Bakıda jurnalistlərə açıqlamasında deyib.

O qeyd edib ki, Suriyadakı proseslər bütün dünyanın gözü önündədir. Türkiyənin prioriteti sülhün əldə olunması, terrora son qoyulmasıdır.

"Suriyadakı münaqişənin necə nəticələnəcəyi məlum deyil. Amma bəzi qüvvələrin bunu fürsətə çevirməsi, hansısa terror dövləti qurmağa çalışması müsbət nəticələnməyəcək. Nəyin bahasına olur-olsun, Türkiyə buna imkan verməyəcək. Biz ümid edirik ki, ən qısa müddətdə Suriyada sabitlik bərqərar olacaq, insanlar öz torpaqlarına qayıdacaqlar. Amma hələ ki bu, real görünmür", - F.Oktay vurğulayıb.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR