Son Xəbər: Arsenala qəbul edilən bu raket ilk dəfə paradda göstərildi, Azərbaycan Türkiyədən taxıl və paxlalı idxalına çəkdiyi xərci 6 %-ə yaxın artırıb, Paşinyan Ermənistan ordusunun rəhbər heyəti ilə müşavirə keçirib, Karapetyan “Ermənistan Elektrik Şəbəkələri”ni idarə etməkdən məhrum edilə bilər, İslam Oyunları: Azərbaycan millisi yarımfinalda məğlub olub, Tusk: Ukraynanın müharibəni uduzması üçün obyektiv səbəb yoxdur, Sabah 24 dərəcə isti olacaq - PROQNOZ, Yol polisi bayram günləri ilə əlaqədar sürücülərə müraciət edib, İmişlidə hamilə qadın xəstəxanada ölüb, Ermənistanın kapitulyasiya aktına imza atmasından 5 il ötür,

Azərbaycan neftinin qiyməti 76 dollara yaxınlaşır

Azərbaycan neftinin qiyməti 76 dollara yaxınlaşır

Tarix: 11-12-2024, 10:16

 Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 0,42 ABŞ dolları, yaxud 0,56 % artaraq 75,91 ABŞ dolları təşkil edib.

Bu barədə neft bazarındakı mənbə məlumat yayıb..

Hərracların nəticələrinə görə, “Brent” markalı neftin fevral fyuçerslərinin qiyməti 72,54 ABŞ dolları təşkil edib.

Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 75 ABŞ dollarından hesablanıb.

Xatırladaq ki, "Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb. Azərbaycanda neft əsasən "Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokunun işlənməsi haqqında müqavilə çərçivəsində hasil edilir. Müqavilədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) payı 25 %-dir.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR