Son Xəbər: Avropa XİN başçıları Berlində Suriyadakı vəziyyəti müzakirə edəcəklər, Bakıya sulu qar yağacağı gözlənilir, TƏBİB Biləsuvar xəstəxanasında ölən uşaqla bağlı açıqlama verib, KİV: Tramp Ağ Evə qayıtdığı ilk gün 25 fərman imzalayacaq, Bakıda və bölgələrdə külək güclənəcək - Xəbərdarlıq, Messi Bakıda Qarabağ atları ilə tanış olub - FOTO, İvanişvilinin sərvəti AÇIQLAND, Sabah bəzi ərazilərə yağış və qar yağacaq - PROQNOZ, Bakı Təşəbbüs Qrupu Roma Papasına məktub YAZDI, Cənubi Koreya polisi prezidentin ofisində axtarış aparıb,

İvanişvilinin sərvəti AÇIQLAND

İvanişvilinin sərvəti AÇIQLAND

Tarix: Dün, 14:20

 Hakim “Gürcü arzusu – Demokratik Gürcüstan” partiyasının təsisçisi və fəxri sədri Bidzina İvanişvili Bloomberg-in milyarderlər siyahısında 391-ci yerdə qərarlaşıb.

İqtisadi nəşrin məlumatına görə, ilin əvvəlindən noyabrın 9-dək milyarderin sərvəti 1,13 milyard dollar artıb. İvanişvilinin sərvəti 7,73 milyard dollar təşkil edir.

Bloombergin siyahısında dünyanın 500 milyarderinin adı qeyd olunub.

Bloomberg hesab edir ki, İvanişvilinin sərvətinin böyük hissəsi səhmlər, sabit gəlirli aktivlər və pul vəsaitləri, alternativ investisiyalar və əmtəələrdədir. Bundan başqa, Gürcüstanın hakim partiyasının fəxri sədrinin 1 milyard dollar dəyərində art-obyekt kolleksiyası var.

Bidzina İvanişvili var-dövlətini 1990-cı illərdə Rusiyada qazanıb, sonra Gürcüstana köçüb və orada uzun müddət xeyriyyəçilik fəaliyyəti ilə məşğul olub. 2011-ci ildə o, siyasətə girmək niyyətini açıqlayıb. 2012-ci ilin oktyabrında keçirilən seçkilərdən sonra dörd başqa partiya ilə koalisiyada hakimiyyətə gələn “Gürcü arzusu – Demokratik Gürcüstan” partiyasını qurub. Nəticədə Gürcüstanın üçüncü prezidenti Mixail Saakaşvilinin doqquz illik hakimiyyətinə son qoyulub.

İvanişvili koalisiyanın parlament seçkilərində qalib gəlməsindən bir il sonra siyasəti tərk edib. Lakin 2018-ci ilin mayında o, geri qayıdıb və hakim partiya olan “Gürcü arzusu – Demokratik Gürcüstan”ın sədri postunu tutub. 2021-ci ildə o, yenidən siyasətdən gedib və deyib ki, bu həmişəlik olacaq. Eyni zamanda aktivlərinin böyük hissəsini xeyriyyə fonduna köçürdüyünü açıqlayıb.

“Gürcü srzusu”nun yaradıcısı siyasətə qayıtmasının səbəbini “həddən artıq güclənmiş komandanı insan vəsvəsələrindən qorumaq üçün” ilə əsaslandırıb. İvanişvili deyib ki, müxalifətin olmadığı bir şəraitdə komanda daxilində qarşıdurma yaratmaq həvəsi yaranır və korrupsiya riskləri artır. Bu baxımdan o, partiyada əsas məsləhətçi olmaq və ağırlıq mərkəzi missiyasını yerinə yetirmək niyyətindədir.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR