Son Xəbər: Umerov: Ukrayna nümayəndə heyəti Əbu-Dabiyə yola düşüb, Şəmkirdə yol qəzasında iki nəfər xəsarət alıb, Rusiya Odessaya hücum edib, 3 nəfər ölüb, Özgür Özəl Zəfər Günü münasibətilə İlham Əliyevi təbrik edib, Krit adası sahillərində 12 qanunsuz miqrantın meyiti aşkarlanıb, Sabah Bakıda hava yağmursuz olacaq, İlham Əliyev Kamboca Kralını təbrik edib, Hüquqi şəxslərin dövlət reyestrinə daxil edilməsi üçün rüsum tətbiq olunacaq, Mehriban Əliyevadan Bayraq Günü ilə bağlı - Paylaşım, Prezidentin sosial şəbəkə hesablarında Bayraq Günü münasibətilə videoçarx paylaşılıb,

Türkiyə parlamentində Heydər Əliyevin xatirəsi ehtiramla yad edilib

Türkiyə parlamentində Heydər Əliyevin xatirəsi ehtiramla yad edilib

Tarix: 12-12-2024, 17:37

 Türkiyə Böyük Millət Məclisində (TBMM) Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin xatirəsi ehtiramla yad edilib.

Heydər Əliyevin vəfatının 21-ci ildönümü ilə əlaqədar keçirilən anım mərasimində Türkiyə-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun sədri, deputat Şamil Ayrım çıxış edib.

O, Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin uzaqgörən, müdrik siyasətindən bəhs edib, Ulu Öndərin dövlət xadimi kimi xalqının, rifahı və inkişafı, o cümlədən Türk dünyasının birliyi üçün xidmətlərini sadalayıb.

Ş.Ayrım Heydər Əliyevin onillik hakimiyyəti dövründəki fəaliyyətlərindən danışaraq deyib ki, Ulu Öndər xalqının birliyini, ölkəsinin sosial, iqtisadi və mədəniyyət sahələrində inkişafını təmin etməklə yanaşı, beynəlxalq miqyasda tanınması və uğurlar qazanması üçün də çox böyük xidmətlər göstərib:

“Bu uğurlardan biri də müasir Azərbaycan Ordusudur. Heydər Əliyev öz fəaliyyəti dövründə Azərbaycan Silahlı Qüvvələrinin müasirləşdirilməsi və Qərb standartlarına uyğunlaşdırılması istiqamətində qeyri-adi səylər göstərdi. Qəlbində daşıdığı Qarabağ nisgilinə ondan vətəni əmanət alan İlham Əliyev və silahdaşları Ulu Öndərin təməlini atdığı bu ordunun əli ilə son qoydu. Oğul atanın “Şuşa vəsiyyəti”ni həyata keçirdi”.

Ş.Ayrım bildirib ki, Heydər Əliyev “Əsrin müqaviləsi”ni imzalamaqla ölkəsinin sərvətini milli sərvətə çevirməkdə və istismar olunmasının qarşısını almaqda əvəzsiz xidmətlər göstərib:

“Bakı-Tbilisi-Ceyhan neft kəməri xəyalları gerçəyə çevrildi. Qısa müddətdə Bakı-Tbilisi-Ceyhan kəməri Azərbaycan neftini Aralıq dənizinə gətirdi. Şahdəniz qazı qısa müddətdə Trans Anadolu Boru Kəməri (TANAP) vasitəsilə Türkiyəyə, Trans Adriatik Boru Kəməri (TAP) vasitəsilə isə Avropaya çatdırıldı”.

Deputat Heydər Əliyevin Türk dünyasındakı fəaliyyətlərindən, uzaqgörən siyasətindən danışıb, Türk Dövlətləri Təşkilatının formalaşmasında onun ideylaraının da rolu olduğunu vurğulayıb:

“Türkiyə-Azərbaycan münasibətlərinin bu gün ən yüksək səviyyəyə çatmasında onun atdığı köklü addımlar danılmazdır. Onun qoyduğu ənənə əsasında bu gün Türkiyə-Azərbaycan müttəfiqlik əlaqələri bütün Türk dünyasına nümunə kimi yayılır. Saymaqla bitməyən əsərlərin müəllifi, gördüyü işlərlə qəlblərimizi fəth edən Heydər Əliyevin mənəvi varlığı qarşısında baş əyirəm”.(Report)




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR