Son Xəbər: Umerov: Ukrayna nümayəndə heyəti Əbu-Dabiyə yola düşüb, Şəmkirdə yol qəzasında iki nəfər xəsarət alıb, Rusiya Odessaya hücum edib, 3 nəfər ölüb, Özgür Özəl Zəfər Günü münasibətilə İlham Əliyevi təbrik edib, Krit adası sahillərində 12 qanunsuz miqrantın meyiti aşkarlanıb, Sabah Bakıda hava yağmursuz olacaq, İlham Əliyev Kamboca Kralını təbrik edib, Hüquqi şəxslərin dövlət reyestrinə daxil edilməsi üçün rüsum tətbiq olunacaq, Mehriban Əliyevadan Bayraq Günü ilə bağlı - Paylaşım, Prezidentin sosial şəbəkə hesablarında Bayraq Günü münasibətilə videoçarx paylaşılıb,

Aİ 7 LNG tankerini sanksiya paketinə daxil edib

Aİ 7 LNG tankerini sanksiya paketinə daxil edib

Tarix: 16-12-2024, 19:28

Avropa İttifaqı (Aİ) mayeləşdirilmiş təbii qaz (LNG) daşıyan yeddi tankeri sanksiya siyahısına daxil edib.

Bu barədə "İnterfaks" məlumat yayıb.

Məlumata görə, onlardan biri "Yamal LNG" layihəsi üzrə "Christophe de Margerie" tankeridir. "Yamal LNG" layihəsi üçün ümumilikdə 15 belə tanker sifariş edilib.

Bundan əlavə, “Pioneer”, “La Perouse”, “North Way”, “North Sky”, “North Air” və “North Mountain” LNG tankerləri də sanksiyalara məruz qalıb.

Qeyd olunur ki, “North Air”, “North Mountain”, “North Sky”, “North Way” və “Pioneer” tankerləri ABŞ-nin, “Pioneer”, “North Sky”, “Nova Energy” və “La Perouse” tankerləri isə Böyük Britaniyanın sanksiyaları altındadır.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR