Son Xəbər: Kəlbəcərdə Bərpa, Tikinti və İdarəetmə Xidməti publik hüquqi şəxsin fəaliyyətinə dəyişiklik olunub, Fransada insanlıq əleyhinə növbəti qanun - islamofobiya fonunda əbayəyə qadağa qoyulur - ŞƏRH, DÇ-2034-ün oyunları zamanı stadionlarda spirtli içki qəbul etmək qadağan olunacaq, Bakıda və rayonlarda külək güclənəcək - sarı və narıncı xəbərdarlıq verilib, Milli Məclisin dekabrın 20-də keçiriləcək plenar iclasının gündəliyi açıqlanıb, Rüstəm Minnixanov “Dostluq” ordeni ilə təltif edildi, Bakıdakı erməni separatçılardan xəbər var - Məhkəmələri BAŞLAYIR, Azərbaycan əhalisinin sayı açıqlanıb, Sabah sulu qar yağacaq - PROQNOZ, Cənubi Koreya Moskva və Pxenyanla əməkdaşlıq edənlərə qarşı sanksiyalar tətbiq edib,

Səfərbərlik xidməti: Hərbi xidmət müddətinin azaldılması məsələsi müzakirə mövzusu deyil

Səfərbərlik xidməti: Hərbi xidmət müddətinin azaldılması məsələsi müzakirə mövzusu deyil

Tarix: Dün, 10:37


Həqiqi hərbi xidmət müddətinin azaldılması məsələsi müzakirə mövzusu deyil.

Bu barədə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti məlumat yayıb.

Bildirilib ki, son günlər “Hərbi vəzifə və hərbi xidmət haqqında” və “Səfərbərlik hazırlığı və səfərbərlik haqqında” qanuna, habelə “Hərbi xidmətkeçmə haqqında Əsasnamə”yə bir sıra dəyişikliklərin edilməsi məsələsi cəmiyyətdə geniş müzakirə olunur:

"Lakin əfsuslar olsun ki, bəzi xəbər saytlarında, sosial şəbəkə səhifələrində tirajlanan xəbərlər, həmçinin ekspertlər tərəfindən bildirilən fikirlər ictimaiyyət arasında çaşqınlıq yaradıb.Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti qanunun müvafiq müddəalarının təkmilləşdirilməsinə dair təkliflər verib və layihə Milli Məclisin “Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsi”nə təqdim edilib. Hazırda komitə üzvləri tərəfindən dəyişikliklər müzakirə olunub və Milli Məclisin plenar iclasına çıxarılıb. Milli Məclis tərəfindən qəbul edildiyi və ölkə başçısı tərəfindən imzalandığı təqdirdə qanunun yeni müddəaları qüvvəyə minəcək".

Məlumata görə, sözügedən məslə ilə bağlı hələlik qanuna heç bir dəyişiklik edilməyib:

"Sadəcə bir qədər səbirli olub, nəticəni gözləmək lazımdır. Dəyişikliklər bir sıra yenilikləri nəzərdə tutur. Lakin həqiqi hərbi xidmət müddətinin azaldılması məsələsi müzakirə mövzusu deyil. Yəni ali təhsilli çağırışçılar əvvəllər olduğu kimi 12 ay, digər hallarda isə 18 ay müddətində həqiqi hərbi xidmətə gedəcəklər".




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR