Son Xəbər: "Xocəsən" və "Avtovağzal" metrostansiyalarına giriş müvəqqəti pulsuz olacaq, Milli Məclisdə tələbə-gənclər təşkilatları ilə görüş keçirilməsi təklif edilib, Nazir: "Yanaşmamız xammalı daha çox emal etməkdir", Prezident: Azərbaycan beynəlxalq sülh və təhlükəsizliyin təmin olunmasını prioritet hesab edir, Sabah Azərbaycanda 34 dərəcə isti olacaq, Prezidentin sədrliyi ilə dağ-mədən və metallurgiya sənayesinin inkişafına dair Dövlət Proqramına həsr olunmuş müşavirə keçirilib, Formula 1-ə görə Bakıda bəzi məktəblər distant təhsilə keçib, Sentyabrın pensiya ödənişləri yekunlaşıb, FHN yanğın təhlükəsizliyi ilə bağlı kənd yerlərində yaşayan əhaliyə müraciət edib, Bakının bəzi yollarında nəqliyyatın sıxlığı müşahidə olunur,

Kəlbəcərdə Bərpa, Tikinti və İdarəetmə Xidməti publik hüquqi şəxsin fəaliyyətinə dəyişiklik olunub

Kəlbəcərdə Bərpa, Tikinti və İdarəetmə Xidməti publik hüquqi şəxsin fəaliyyətinə dəyişiklik olunub

Tarix: 17-12-2024, 19:24

“Kəlbəcər rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidməti” publik hüquqi şəxsin yaradılması və fəaliyyətinin təmin edilməsi haqqında” Azərbaycan Prezidentinin 2024-cü il 10 iyul tarixli 134 nömrəli Fərmanının icrası ilə əlaqədar Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilib.

Bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb.

Nazirlər Kabinetinin dövlət büdcəsindən maliyyələşən idarə, müəssisə və təşkilatlarda nəqliyyat vasitələrindən istifadə qaydalarının təkmilləşdirilməsi haqqında 2011-ci il 18 iyul tarixli qərarına edilən dəyişikliyə əsasən, fasiləsiz iş şəraitində işləyən müəssisələrin avtomobilləri, habelə Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin nəqliyyat vasitələri, Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin nəqliyyat vasitələri, Laçın rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidmətinin nəqliyyat vasitələri, Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti ilə yanaşı, Kəlbəcər rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidmətinin nəqliyyat vasitələri üzrə də yürüşün aylıq norması avtomobillərin qət etdiyi məsafəyə uyğun müəyyən edilir.

Bununla yanaşı, Nazirlər Kabinetinin “Dövlət informasiya sistemlərinin və ehtiyatlarının “Hökumət buludu”na Keçid Planı”nın təsdiq edilməsi və “Hökumət buludu” ilə bağlı bəzi tədbirlər haqqında 2020-ci il 29 oktyabr tarixli qərarına edilən dəyişikliklə Kəlbəcər rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidməti “Hökumət buludu”na mərhələli Keçid Planına daxil olunub.

Digər dəyişikliyə görə, Kəlbəcər rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidməti Nazirlər Kabinetinin 2022-ci il 15 sentyabr tarixli 350 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının dövlət orqanları, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslər və dövlət adından yaradılan publik hüquqi şəxslər üçün müəyyən edilmiş vahid indekslərin Siyahısı”na salınıb.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR