Son Xəbər: Umerov: Ukrayna nümayəndə heyəti Əbu-Dabiyə yola düşüb, Şəmkirdə yol qəzasında iki nəfər xəsarət alıb, Rusiya Odessaya hücum edib, 3 nəfər ölüb, Özgür Özəl Zəfər Günü münasibətilə İlham Əliyevi təbrik edib, Krit adası sahillərində 12 qanunsuz miqrantın meyiti aşkarlanıb, Sabah Bakıda hava yağmursuz olacaq, İlham Əliyev Kamboca Kralını təbrik edib, Hüquqi şəxslərin dövlət reyestrinə daxil edilməsi üçün rüsum tətbiq olunacaq, Mehriban Əliyevadan Bayraq Günü ilə bağlı - Paylaşım, Prezidentin sosial şəbəkə hesablarında Bayraq Günü münasibətilə videoçarx paylaşılıb,

Yol polisi sürücülərə çağırış etdi

Yol polisi sürücülərə çağırış etdi

Tarix: 21-12-2024, 10:12

 “Qarşıdan gələn bayram günlərində şəxsi avtomobillə səfərə çıxanların sayının əhəmiyyətli dərəcədə artacağı gözlənilir”.

Bu barədə Baş Dövlət Yol Polisi İdarəsinin yaydığı məlumatda deyilib.

Bildirilib ki, bununla yanaşı, qeyri-qanuni sərnişin daşıyan şəxslərin bayram öncəsi sərnişin axınının artmasını fürsət bilərək, məhz sürət rejiminin pozulması hesabına gün ərzində bir neçə dəfə səfərlər təşkil edəcəkləri ehtimal olunur:

“Hərəkət intensivliyinin artması fonunda yolda müəyyən edilmiş sürət həddinin aşılması, yaxud sürət həddinin yol və hava şəraitinə uyğun seçilməməsi kimi kobud qayda pozuntuları isə sözsüz ki, sonda ağırlıq dərəcəsi yüksək olan yol qəzaların baş verməsinə real zəmin yarada bilər.

Baş Dövlət Yol Polisi İdarəsi bir daha yüksək sürətin ağır faciələrə səbəb olduğunu xatırladır və qarşıdan gələn bayram günlərinin xoş əhval-ruhiyyədə qeyd olunması üçün hər bir hərəkət iştirakçısını yol hərəkəti qaydalarına qeyd-şərtsiz əməl etməyə çağırır!”.

“Cari ilin 11 ayı ərzində qeydə alınan göstəricilərə əsasən, yolda müəyyən edilmiş sürət həddinin aşılması, yenə də sürücülər tərəfindən ən çox yol verilən qayda pozuntusudur. Bu səbəbdən baxılan dövrdə 505 yol-nəqliyyat hadisəsi qeydə alınıb ki, nəticədə 344 nəfər həyatını itirib, 335 nəfər isə yaralanıb”, - deyə məlumatda qeyd edilib.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR