Son Xəbər: Prezidentin ad günündə ailə - Fotosu, Azərbaycanda yerli istehsal avtobusların satışı ƏDV-dən azad edilib, Tovuzda peşə məktəbində kütləvi zəhərlənmə olub - Yenilənib, “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı”nın nizamnamə kapitalı 20 milyon manat artırılır, Bələdiyyə üzvlüyünə namizədliyin irəli sürülməsi müddəti başa çatır, 400 min manat dələduzluqda ittiham olunan qadına hökm oxunub, İlham Əliyev Azərbaycan idmançılarını Qarabağ və Şərqi Zəngəzura səfər etməyə çağırıb, Gürcüstan parlamentinin sədr müavini: Hökumət əleyhinə aksiyaların arxasında Soros fondu dayanır, Paşinyanın “debat şousu”nun pərdəarxası: Eks-prezidentləri nə gözləyir? - ŞƏRH, Sabah hava yağmursuz olacaq - PROQNOZ,

Fransaya casusluqda ittiham edilən şəxslərin məhkəməsi başlayır

Fransaya casusluqda ittiham edilən şəxslərin məhkəməsi başlayır

Tarix: Bugün, 09:22

 Fransaya casusluqda ittiham edilərək həbs olunan Martin Ryan barəsində Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətində aparılan cinayət işinin ibtidai istintaqı yekunlaşıb.

İş baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Elmin Rüstəmov iş üzrə məhkəmə prosesinə sədrlik edəcək hakim təyin edilib.

Qeyd edək ki, Martin Ryan və digərləri 2023-cü il dekabrın 4-də həbs olunub. "Merkorama" MMC-nin baş direktoru olan Martin Ryana qarşı casusluq ittihamı irəli sürülüb.

İttihama görə Martin Ryan onu məxfi əməkdaşlığa cəlb edən, sonradan Bakıdan “persona non-grata” elan edilərək qovulmuş Fransanın DGSE (Xarici Təhlükəsizlik Baş İdarəsi) əməkdaşları tərəfindən agent-casus kimi istifadə edilib.

Həmin cinayət işi üzrə Martin Ryanla yanaşı, Azərbaycan Respublikasının vətəndaşı Azad Məmmədlinin “dövlətə xəyanət” ittihamı ilə mühakimə olunacağı bəlli olub.

Məlum olduğu kimi, geniş casus şəbəkəsinin ifşasından və xidməti uğursuzluqlardan sonra 2023-cü il dekabr ayının 20-də Fransa Xarici Təhlükəsizlik Baş İdarəsinin (DGSE) rəisi Bernar Emye həmin vəzifəsindən azad edilib.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR