Son Xəbər: Sumqayıtda karton məmulatları zavodunda yanğın olub, İran, Çin və Rusiya BMT-ni Tehrana qarşı sanksiyaları bərpa etməməyə çağırıb, Mehriban Əliyeva “ŞƏT plyus” formatında görüşə qatılan dövlət və hökumət başçılarının xanımları ilə birlikdə gəmi gəzintisində iştirak edib - FOTO, Məhkəmə külli miqdarda rüşvət almaqda təqsirləndirilən sabiq hərbi komissarı ev dustaqlığına buraxılıb, Pakistan Ermənistanı tanıdı – Qarabağın azadlığının İrəvana açdığı yol - ŞƏRH, Sidneydə avtomobil Rusiya Baş Konsulluğunun qapısına çırpılıb, xəsarət alan var, Bu mərkəzi küçədə hərəkət qismən məhdudlaşdırılacaq, Sahibə Qafarova Türkiyəni təbrik etdi, Şahin Bağırov rəisi işdən çıxardı, Şüvəlanda yeni ictimai çimərliklər yaradıldı,

Bakıda təyyarə qəzasında həlak olan ekipaj üzvləri ilə vida mərasimi keçirilir

Bakıda təyyarə qəzasında həlak olan ekipaj üzvləri ilə vida mərasimi keçirilir

Tarix: 29-12-2024, 10:55

  
Dekabrın 29-da Heydər Əliyev Beynəlxalq Aeroportunda Bakı-Qroznı reysini yerinə yetirən “Embraer-190” tipli sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində həlak olan ekipaj üzvlərinin vida mərasimi keçirilir.

Vida mərasimində onların ailə üzvləri, rəsmi şəxslər və ictimaiyyət nümayəndələri iştirak edirlər.

Həlak olan üç ekipaj üzvü - gəmi komandiri İqor Kşnyakin, pilot Aleksandr Kalyaninov və stüardessa Hökümə Əliyeva bu gün II Fəxri xiyabanda torpağa tapşırılacaq.

Xatırladaq ki, AZAL-a məxsus Bakı-Qroznı aviareysini həyata keçirən sərnişin təyyarəsi dekabrın 25-də Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Təyyarənin göyərtəsindəki 67 nəfərdən 38-i həlak olub, 29-u sağ qalıb.

Hər iki pilot da daxil olmaqla 3 ekipaj üzvü həlak olub, iki ekipaj üzvü isə sağ qalıb. Dekabrın 26-da Azərbaycana 14 yaralı və 4 nəfərin meyiti gətirilib. Dekabrın 29-da isə 3-ü ekipaj üzvü olmaqla 24 nəfərin nəşi ölkəyə gətirilib.

Hadisədən sonra Prezident İlham Əliyevin tapşırığı ilə təyyarə qəzasının səbəblərinin araşdırılması üçün Baş nazir Əli Əsədovun rəhbərliyi ilə Dövlət Komissiyası yaradılıb.

Qeyd edək ki, dekabrın 25-də Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” tipli sərnişin təyyarəsinin Aktau şəhəri yaxınlığında qəzaya uğraması ilə əlaqədar Prezident İlham Əliyev dekabrın 26-sının Azərbaycanda matəm günü elan olunması barədə Sərəncam imzalayıb.







RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR