Son Xəbər: “Zəngəzur dəhlizi açılmalıdır və açılacaqdır” - Prezident, Çində zəlzələ nəticəsində ölənlərin sayı 126-a çatıb, Prezident yerli televiziya kanallarına müsahibə verdi - Fotolar, Azərbaycan XİN Çinə başsağlığı verib, Baş nazir mərkəzi icra hakimiyyəti orqanları ilə bağlı qərar İMZALADI, İlham Əliyev bu qurumlarda maaşları ARTIRDI - SƏRƏNCAM, Metroda gediş haqqı artırılır? - Qurumdan cavab, Bidzina İvanişvili: Gürcüstan müasir tarixində ən vacib sınaqlardan birindən keçir, Özbəkistan Prezidenti İlham Əliyevə başsağlığı verdi, Fransanın Qarabağın işğalındakı rolu - Makron indi nə istəyir... - TƏHLİL,

Bəzi yerlərə yağış yağıb, külək güclənib - FAKTİKİ HAVA

Bəzi yerlərə yağış yağıb, külək güclənib - FAKTİKİ HAVA

Tarix: 6-01-2025, 09:55

 Azərbaycanda yanvarın 6-sı saat 9:00-a olan məlumata əsasən ölkənin bəzi yerlərində arabir yağış yağır.

Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Belə ki, düşən yağıntının miqdarı Balakəndə 3, Mingəçevir, Tovuz, Ceyrançöl, Oğuz, Gəncə, Qəbələ, Naftalan, Yevlax, Göyçay, Kürdəmir, Sabirabad, Şəmkir, Cəfərxan, Neftçala, Şabran, Lənkəran, Cəlilabad, Ağdam, Xocalı, Xankəndi, Lerikdə 2, Bakıda və Abşeron yarımadasında 1 mm-dir.

Dağlıq ərazilərdə qar yağır, yağan qarın hündürlüyü Əlibəydə (Zaqatala) 10, Quba, Qax (Sarıbaş), Şahbuzda 5, Daşkəsən, Gədəbəydə 2 sm, Göygöl, Xınalıq, Altıağac, Şəki, Xaltan, Qusar, Qobustan, Sədərək, Naxçıvanda 1 sm-dir.

Bəzi yerlərdə şimal-qərb küləyi güclənib, küləyin sürəti Goranboyda 23 m/s-ə çatıb. Bu da narıncı xəbərdarlığa uyğundur.

Bakıda və Abşeron yarımadasında, eyni zamanda Mingəçevir, Tərtərdə 18 m/s, Neftçala, Gəncədə 20 m/s, Şahdağda 19 m/s, Şirvanda 16 m/s-yə çatıb. Bu da sarı xəbərdarlığa uyğundur.

Balakən, Qax (Sarıbaş), Quba, Qusar, Xaltan, Qrız, Daşkəsən, Göygöl, Göyçay, Lerikdə duman müşahidə olunub, dumanda görünüş 200 metrədək məhdudlaşıb.

Havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında 4, Aran rayonlarında 5 dərəcəyədək isti, Naxçıvan MR-da 5, dağlıq rayonlarda 9 dərəcəyədək şaxta qeydə alınıb.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR