Son Xəbər:
Tarix: 6-01-2025, 17:23
Bunu Brüsseldə keçirilən mətbuat konfransında Avropa Komissiyasının (AK) nümayəndəsi Anna-Kaysa İtkonen deyib.
"Yeni ildə qiymət artımı müşahidə etmədik, bazar sabit olaraq qalır", - o, jurnalistlərin müvafiq sualını cavablandırarkən bildirib.
İtkonen vurğulayıb ki, AK elektrik enerjisinin qiymətləri ilə bağlı vəziyyəti diqqətlə izləyir.
Qeyd edək ki, 2025-ci il yanvarın 1-dən Kiyevin Moskva ilə tranzit müqaviləsini uzatmaması səbəbindən Rusiya qazının Ukrayna ərazisindən Aİ-yə tədarükü dayandırılıb.