Son Xəbər: Dəhlizdə çəkilən foto, turistsayağı Ağ Ev gəzintisi - Paşinyanın ABŞ səfəri - ŞƏRH, Kerç boğazında mazut sızıntısından sonra 80-dən çox ölü delfin tapılıb, AK sədri: Aİ ABŞ ilə əməkdaşlığa hazırdır, lakin qarşılıqlı münasibətlərdə öz maraqlarını qoruyacaq, Fransa XİN rusiyalı jurnalistlərin akkreditasiyası ilə bağlı vəziyyəti araşdıracaq, Qeyri-sabit hava nə vaxtadək davam edəcək?, Rusiya təbliğatının ənənəvi aqressiyası – Azərbaycanın haqlı tələblərinə şantajla cavab - ŞƏRH, Şurada deputat Əli Əhmədovu Samir Şərifov əvəz edəcək, Prezident Anar Əliyevi nazir təyin etdi, Senator: Vaşinqtonda qəzaya uğrayan helikopterdə təhlükəsizlik sistemi sönülü olub, Bu dəfə Kürdəmirdə məktəbli yoldaşına xəsarət yetirdi,

Azərbaycan neftinin qiyməti 80 dollara yaxınlaşıb

Azərbaycan neftinin qiyməti 80 dollara yaxınlaşıb

Tarix: 10-01-2025, 10:04

Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 1,05 ABŞ dolları, yaxud 1,33 % artaraq 79,77 ABŞ dolları təşkil edib.

Bu barədə neft bazarındakı mənbə məlumat yayıb.

Hərracların nəticələrinə görə, “Brent” markalı neftin mart fyuçerslərinin qiyməti 77,19 ABŞ dolları təşkil edib.

Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 70 ABŞ dollarından hesablanıb.

Xatırladaq ki, "Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb. Azərbaycanda neft əsasən "Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokunun işlənməsi haqqında müqavilə çərçivəsində hasil edilir. Müqavilədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) payı 25 %-dir.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR