Son Xəbər: KİV: İsrail İordan çayının qərb sahilində öz suverenliyini elan edə bilər, Türk Dünyası Sığorta Birliyinin ilk Assambleyası bu il Şuşada keçiriləcək, Ərdoğan Putin və Zelenskinin hələlik görüşə hazır olmadığını bildirib, Ərdoğan: Zəngəzur dəhlizi məsələsində hər hansı bir problem, fikir ayrılığı yoxdur, Zakir Həsənov Vyetnamda hərbi paradda iştirak edib, Prezidentin Çində qaldığı hotelin heyəti ilə səmimi görüntüləri - Video, Türkiyə XİN-dən Minsk Qrupunun ləğvi ilə bağlı qərara - Münasibət, Məktəbli formaları ilə bağlı - Xəbərdarlıq, Abşeronun bu ərazilərində işıq KƏSİLƏCƏK, DİM-dən xəbərdarlıq: ixtisas seçimi bu gün başa çatır,

Azərbaycanı diktaturadan bu fakt qoruyur

Azərbaycanı diktaturadan bu fakt qoruyur

Tarix: 4-05-2020, 23:52

Onları ölkəmizin dəyişməsi yox, kimlərinsə əliylə hakimiyyətə gəlmələri düşündürür. Ölkədə Prezident və parlament seçkiləri keçirilib. Qarşıdakı 5 ildə biz hakimiyyəti dəyişmək barədə yox, islahatları dərinləşdirmək, iqtisadiyyatımızı yenidən qurmaq barədə düşünməliyik. Xalqımızın dəstək olacağı təqdirdə bu missiyanı İlham Əliyev və Mehriban Əliyeva uğurla həyat keçirə bilər. Hər iki şəxsin formalaşdığı mühit və qazandıqları idarəetmə təcrübəsi bu əminliyi yaradır.

Mediabiz.az xəbər verir ki, bu sözləri millət vəkili Qüdrət Həsənquliyev “Xalq Cəbhəsi” qəzetinə geniş müsahibəsində “beşinci kolon” təmsilçilərinin “real islahatlar üçün hakimiyyət dəyişməlidir” istiqamətində apardıqları təbliğara münasibət bildirərkən deyib.
Millət vəkili qeyd edib ki, bəzi insanlar cəmiyyətimizdəki problemlərin hamısının idarəetmədəki çatışmazlıqlarla bağlı olduğunu düşünür:
“Bu cür düşünənlər köklü şəkildə yanılırlar. Hər bir xalqın 100 illər ərzində formalaşan mentaliteti olur. Bunu nəzərə almadan yürüdülən siyasət iflasa məhkumdur. Hərdən eşidirəm, kimsə deyir ki, bizim mübarizəmiz nəticəsində bugünkü azadlıqlar var. Adamın gülməyi gəlir. Biz bəzi əyalətlərdə mövcud olan tiraniyanı və xalqımızın ona reaksiyasını görürük. Əgər Prezidentin də öz çıxışında qeyd etdiyi həmin bəy, xanlar “beşinci kolon”un aranı qatmasından istifadə edib siyasi hakimiyyətə sahib olsa, qısa bir zamandan sonra Azərbaycan Türkmənistandan betər ola bilər. Hansı ki, dünyanın bir çox ermənipərəst böyük gücləri də bunu istəyir.
İlham Əliyevlə Mehriban Əliyevanın ziyalı ailədə böyüməsi və müasir dünyagörüşlü insanlar olması Azərbaycanı diktaturadan qoruyur”.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR