Son Xəbər:
Tarix: Bugün, 15:10
Rəsilə Arifqızı Əliyeva Lənkəran Şəhər Bələdiyyəsinin üzvlüyünə namizədliyini irəli sürsə də, onun adı MSK-nın saytında yerləşdirilən siyahıda yoxdur.
Qeyd edək ki, Rəsilə Əliyeva İcra Hakimiyyəti başçısının müavini – İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri olub. 2022-ci ilin iyulunda Rəsilə Əliyeva və 4 saylı orta məktəbin direktoru Yeganə Əsgərova tərəfindən 9-cu sinif şagirdi Camalova Aliyə Samir qızının döyülməsi barədə məlumat yayılıb.
Araşdırmalardan sonra Rəsilə Əliyeva vəzifəsindən azad edilib.