Son Xəbər: Beynəlxalq Münasibətlərin Təhlili və Multikulturalizm Mərkəzinin Nizamnaməsi təsdiqlənib, Sabah Bakıda 36, rayonlarda 39 dərəcə isti olacaq, Azərbaycan və Gürcüstan arasında "E-Permit" sisteminin tətbiqinə başlanılıb, Hikmət Hacıyev: Əminik ki, mediamız milli maraqlarımızın müdafiəsində səylərini əsirgəməyəcək, İran İordaniya və Bəhreyndəki ABŞ aviabazalarına zərbələr endirib, "Neftçi" bu gün UEFA Konfrans Liqasında mübarizəyə başlayır, Rezidenturaya qəbul üzrə namizədlərin qeydiyyatı başlayır, Azərbaycan milli mətbuatının yaranmasından 151 il ötür, Bakı və Berlin strateji tərəfdaşlıq gündəliyi ilə əməkdaşlığı möhkəmləndirir, Azərbaycan və Almaniya minatəmizləmə sahəsində əməkdaşlığın davam etdirilməsini razılaşdırıblar,

Suriyadan sonra diqqət ora yönəldi - Türkiyə ilə müharibə mesajı verildi

Suriyadan sonra diqqət ora yönəldi - Türkiyə ilə müharibə mesajı verildi

Tarix: 11-01-2025, 14:59

Şərqi Aralıq dənizində balans Türkiyənin xeyrinə dəyişir. Ankara ilə Suriyada Əsəd rejimi devrildikdən sonra onu əvəzləyən yeni hökumət arasında sıx təmaslar var.

Bunu türkiyəli jurnalist Hüseyn Akif Küçükal deyib.

Onun sözlərinə görə, Suriyanın yeni rəhbərliyinin Şərqi Aralıq dənizində Türkiyə ilə ortaqlığı vəziyyəti fərqli istiqamətə yönələdəcək:

“Türkiyənin Misir, Suriya və Livanla yeni xüsusi iqtisadi zonalarla (XİZ) bağlı saziş imzalaması Yunanıstanı xeyli narahat edəcək. Bu səbəbdən Türkiyənin Şərqi Aralıq dənizində mümkün gedişlərinin qarşısını almaq üçün hər cür vasitəyə əl atmağa hazır görünürlər.

Məsələn, hərbi cəhətdən ABŞ və İsrailə arxalanırlar. Hazırda Yunanıstanın demək olar ki, bütün şəhərlərində ABŞ bazaları var. ABŞ layihədən çıxardığı Türkiyənin yerinə F-35-ləri Yunanıstana verdi. Amma 20 təyyarə 2028-ci ildə tədarük ediləcək. Yəni Türkiyənin KAAN-ı inventara əlavə etdiyi tarixdə. Həmçinin ona qədər Türkiyə ABŞ-dən sifariş etdiyi modernləşdirilmiş F-16-ları da alacaq. Bir sözlə, Türkiyə hava gücü və PUA texnologiyasındakı üstünlüyünü nəzərə alsaq, orta və uzunmüddətli perspektivdə donanması və hərbi imkanları ilə Yunanıstandan bir addım öndə olacaq.

Yunanıstan bu boşluğu aradan qaldırmaq üçün Avropa İttifaqında (Aİ) hava hücumundan müdafiə sahəsində tərəfdaş axtarsa da, istədiyini tapa bilməyib. Bunun əvəzinə İsrailə yaxınlaşıb. Təl-Əviv Suriyada Türkiyəyə dəyənək göstərməyə çalışarkən, Aralıq dənizində də Ankaranın qarşısına çıxmaq fürsətini əldən vermək istəmir. Afina “Dəmir Günbəz” qalxanı üçün 2 milyard avro xərcləmək niyyətindədir”.

Akif Küçükal Qərbdən Yunanıstana hərbi dəstəyin davamlı olmayacağını düşünür:

“Məsələn, Panama, Kanada və Qrenlandiya məsələləri Trampın siyahısında Yunanıstandan öndədir. Əlbəttə, Afinanın sonu Dəməşq kimi olmayacaq. Çünki həm NATO ölkəsidir, həm də Qərbin mühüm müttəfiqidir.

Bununla belə, sözümü Yunanıstanın “Ta Nea” qəzetində dərc olunan məqalədəki bu ifadələrlə bitirmək istəyirəm:

“Yunanıstan silahlanma proqramına ciddi yanaşmadı, türklər isə çılğın silahlanma yarışına girişiblər. Yunanıstana qarşı tarazlıq dəyişib, bu, türkləri cəsarətləndirib. Müdafiəyə sərmayə qoymasaq, geri çəkilmək məcburiyyətində qalacağıq və ya müharibə dilemması ilə üzləşəcəyik”.(Teleqraf.com)




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR