Son Xəbər: Umerov: Ukrayna nümayəndə heyəti Əbu-Dabiyə yola düşüb, Şəmkirdə yol qəzasında iki nəfər xəsarət alıb, Rusiya Odessaya hücum edib, 3 nəfər ölüb, Özgür Özəl Zəfər Günü münasibətilə İlham Əliyevi təbrik edib, Krit adası sahillərində 12 qanunsuz miqrantın meyiti aşkarlanıb, Sabah Bakıda hava yağmursuz olacaq, İlham Əliyev Kamboca Kralını təbrik edib, Hüquqi şəxslərin dövlət reyestrinə daxil edilməsi üçün rüsum tətbiq olunacaq, Mehriban Əliyevadan Bayraq Günü ilə bağlı - Paylaşım, Prezidentin sosial şəbəkə hesablarında Bayraq Günü münasibətilə videoçarx paylaşılıb,

KTZ dekabrda Azərbaycana 100 min tondan çox taxıl tədarük edib

KTZ dekabrda Azərbaycana 100 min tondan çox taxıl tədarük edib

Tarix: 13-01-2025, 13:24

Qazaxıstan 2024-cü ilin dekabrında Azərbaycana 101 min ton taxıl tədarük edib.

Bu barədə “Report”un Qazaxıstan bürosu "Qazaxıstan Dəmir Yolu" (KTZ) şirkətinin mətbuat xidmətinə istinadən xəbər verir.

"Ötən ilin dekabr ayı taxılın daşınması sahəsində rekord ay olub. Bu ayda taxıl daşımalarının həcmi 2023-cü ilin eyni dövrü ilə müqayisədə 63 % artaraq 1,4 milyon ton təşkil edib. Taxıl ixracı 78 % artaraq 1,1 milyon tona çatıb", - məlumatda bildirilib.

KTZ-nin məlumatına görə, 2024-cü ildə Azərbaycana taxıl tədarükü 210 min ton təşkil edib.

"Yanvar ayından sentyabra qədər olan dövr üçün Azərbaycana taxıl tədarükü ayda cəmi 1 min ton təşkil edib. Aprel, iyul və sentyabr aylarında isə heç bir tədarük olmayıb. İlk böyük 18 min tonluq partiya ötən ilin oktyabrında həyata keçirilib. Noyabrda - 86 min ton, dekabrda - 101 min ton tədarük edilib", - KTZ-dən bildirilib.

Şirkətin məlumatına görə, dekabrda Qazaxıstan taxılının Mərkəzi Asiya ölkələrinə tədarükü əhəmiyyətli dərəcədə artıb: Özbəkistana – 47 %, Tacikistana – 58 %, Qırğızıstana – 14 %, Türkmənistana – 5 %. Həmçinin Çinə ixracın 6 %, Əfqanıstana isə 35 % artması qeydə alınıb. Dekabrın mühüm tendensiyası Qara dəniz limanları vasitəsilə daşımaların 3 dəfə, Baltik ölkələrinə daşımaların isə 4 dəfə artması olub.

Marketinq ili (sentyabr - dekabr) üzrə 5 milyon tondan çox taxıl (50 % artım) daşınıb.


Əhəmiyyətli nailiyyətlərdən biri Aktau limanı vasitəsilə İrana taxıl daşımalarının 30 dəfə artması olub. Qara dəniz limanları daşıma həcmini 39 % artırıb, Baltikyanı ölkələrə tədarüklər isə 2 dəfə artıb.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR