Son Xəbər: Beynəlxalq Münasibətlərin Təhlili və Multikulturalizm Mərkəzinin Nizamnaməsi təsdiqlənib, Sabah Bakıda 36, rayonlarda 39 dərəcə isti olacaq, Azərbaycan və Gürcüstan arasında "E-Permit" sisteminin tətbiqinə başlanılıb, Hikmət Hacıyev: Əminik ki, mediamız milli maraqlarımızın müdafiəsində səylərini əsirgəməyəcək, İran İordaniya və Bəhreyndəki ABŞ aviabazalarına zərbələr endirib, "Neftçi" bu gün UEFA Konfrans Liqasında mübarizəyə başlayır, Rezidenturaya qəbul üzrə namizədlərin qeydiyyatı başlayır, Azərbaycan milli mətbuatının yaranmasından 151 il ötür, Bakı və Berlin strateji tərəfdaşlıq gündəliyi ilə əməkdaşlığı möhkəmləndirir, Azərbaycan və Almaniya minatəmizləmə sahəsində əməkdaşlığın davam etdirilməsini razılaşdırıblar,

Göygöldə yeniyetmə bıçaqlandı: tutulan var - YENİLƏNİB

Göygöldə yeniyetmə bıçaqlandı: tutulan var - YENİLƏNİB

Tarix: 15-01-2025, 11:10

Göygöldə yeniyetmə bıçaqlandı: tutulan var - YENİLƏNİB

Göygöl rayonunda 8-ci sinif şagirdinə xəsarət yetirən yeniyetmə tutulub.

Hadisə zamanı 2010-cu il təvəllüdlü İ. Hüseynov bıçaqlanıb.

Hadisəni törətməkdə şübhəli bilinən 2011-ci il təvəllüdlü Ə. Məhərrəmov saxlanılıb.

Faktla bağlı Göygöl Rayon Polis Şöbəsində araşdırmalar aparılır.

***

Göygöl rayonunda 8-ci sinif şagirdi məktəbli yoldaşına xəsarət yetirib.

hadisə Hacıməlik qəsəbəsində baş verib.

Məsələ ilə bağlı Gəncə-Daşkəsən Regional Təhsil İdarəsi açıqlama verib.

Bildirilib ki, yanvarın 14-də axşam saat 20:00 radələrində Göygöl rayon Hacıməlik qəsəbə 1 nömrəli tam orta məktəbin 8-ci sinif şagirdi sinif yoldaşına aralarında yaranmış mübahisə zamanı yaşadıqları küçədə xəsarət yetirib.

Xəsarət almış şagird tibb müəssisəsinə aparılıb, lazımi tibbi yardım göstərildikdən sonra evə buraxılıb. Məktəblinin fiziki və psixoloji durumu məktəb rəhbərliyi və idarə tərəfindən izlənilir. 

Qeyd olunanlarla yanaşı, stresin idarə olunması, sağlam psixoloji mühitin bərpasını təmin etmək üçün məktəb rəhbərliyinə şagirdlər və pedaqoji heyətlə maarifləndirici söhbətlərin aparılması tapşırılıb.

Qeyd edək ki, Göygöl rayonunda ötən gün daha bir məktəbli sinid yoldaşına bıçaqla xəsarət yetirib.(Modern)




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR