Son Xəbər: Boçoroşivili nazir kimi ilk səfərini Azərbaycana edib, Ərdoğandan YPG-yə sərt xəbərdarlıq: “Silahları yerə qoymasa...”, İki qanun layihəsi plenar iclasına tövsiyə olundu, Ceyhun Bayramov Gürcüstanın XİN başçısını qarşılayıb - FOTO, Parisdə verilən medallar paslanır: Azərbaycanda araşdırma BAŞLADI, KİV: İsrail ordusu Qəzzanı atəşə tutub, 70-dən çox adam ölüb, Azərbaycanda "Rəqəmsal İnkişaf Konsepsiyası” təsdiqlənib, Azərbaycan XİN Qəzzada atəşkəs elanını alqışlayıb, Rəhmon Pezeşkiana Novruz bayramını Tacikistanda qeyd etməyi təklif edib, Məşhur hind aktyoru bıçaqlanıb,

Parisdə verilən medallar paslanır: Azərbaycanda araşdırma BAŞLADI

Parisdə verilən medallar paslanır: Azərbaycanda araşdırma BAŞLADI

Tarix: Bugün, 15:28

Ötən il Parisdə keçirilən Yay Olimpiya Oyunları ilə bağlı qalmaqal yaşanıb. Belə ki, “Paris-2024” XXXIII nda qazanılan medallardan 100-dən çoxu keyfiyyətsiz olduğu üçün geri qaytarılıb.

Olimpiadanın başa çatmasından altı ay keçməmiş medalların geri qaytarılmasının əsas səbəbi onların zədələnmiş olması və paslanmasıdır. Medallar arasında bürünc olanların daha çox zədələnməyə və paslanmaya məruz qaldığı bildirilir.

Qeyd edək ki, bu barədə ilk narazılıqlar Olimpiya Oyunlarının başlamasından dərhal sonra ortaya çıxıb. Keçən ilin yayında amerikalı skeytbordçu Nicah Hustonun medalının keyfiyyətsiz olmasına dair videosu sosial mediada xeyli müzakirə edilib.

Olimpiadadan bir neçə gün keçməsinə baxmayaraq, medal olduqca köhnə görünürdü. Daha sonra bir çox idmançı eyni problemlə üzləşdiyini açıqlayıb. Son olaraq isə fransalı üzgüçü Klement Sekki medalının timsah dərisinə oxşadığını bildirib.

Beynəlxalq Olimpiya Komitəsinin məsələ ilə bağlı açıqlamasında zədələnmiş medalların istehsalçı “Monnaie de Paris” tərəfindən sistemli şəkildə əvəzlənəcəyi, prosesə yaxın həftələrdə başlanacağı bildirilib. Qeyd edək ki, Fransanın tanınmış zinət əşyaları brendi “Chaumet” tərəfindən dizayn olunan medallar Eyfel qülləsindən götürülmüş dəmir hissəciklərlə zənginləşdirilib.

Bəs Azərbaycan idmançılarına təqdim edilən medallarda hansısa pozuntu varmı?

Modern.az mövzu ilə bağlı Milli Olimpiya Komitəsi ilə əlaqə saxlayıb.

Qurumdan bildirilib ki, hazırda "Paris-2024" Olimpiya oyunlarında idmançılarımızın qazandığı medallar yoxlanılır. Hələlik hansısa geri qaytarma halı olmayıb.

Qeyd edilib ki, yoxlamaların nəticəsində pozuntu qeydə alınarsa, Beynəlxalq Olimpiya Komitəsinə müraciət ediləcək.

Xatırladaq ki, Paris Olimpiadasında 15 idman növü üzrə 48 idmançı ilə təmsil olunan Azərbaycan 7 medal qazanıb.

Cüdo: Hidayət Heydərov (73 kq) - qızıl, Zelim Kotsoyev (100 kq) - qızıl

Boks: Alfonso Dominges (92 kq) - gümüş

Taekvondo: Qaşım Maqomedov (58 kq) - gümüş

Yunan-Roma güləşi: Həsrət Cəfərov (67 kq) - bürünc

Sərbəst güləş: Giorgi Meşvildişvili (125 kq) - bürünc, Maqomedxan Maqomedov (97 kq) - bürünc




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR