Son Xəbər: KİV: Tramp Rusiya qoşunlarını Ukraynadan çıxarmaq üçün iki variant üzərində işləyir, Gənclər və idman nazirinin müavini vəzifəsindən azad edilib, Azərbaycanla Ermənistan sərhədin Gürcüstandan başlayaraq İranadək delimitasiyası barədə razılığa gəlib, Gürcüstan regionda sülhün tərəfdarıdır - Nazir, Boçoroşivili nazir kimi ilk səfərini Azərbaycana edib, Ərdoğandan YPG-yə sərt xəbərdarlıq: “Silahları yerə qoymasa...”, İki qanun layihəsi plenar iclasına tövsiyə olundu, Ceyhun Bayramov Gürcüstanın XİN başçısını qarşılayıb - FOTO, Parisdə verilən medallar paslanır: Azərbaycanda araşdırma BAŞLADI, KİV: İsrail ordusu Qəzzanı atəşə tutub, 70-dən çox adam ölüb,

Ərdoğandan YPG-yə sərt xəbərdarlıq: “Silahları yerə qoymasa...”

Ərdoğandan YPG-yə sərt xəbərdarlıq: “Silahları yerə qoymasa...”

Tarix: Bugün, 17:33

Ərdoğandan YPG-yə sərt xəbərdarlıq: “Silahları yerə qoymasa...”

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan hakim Ədalət və İnkişaf Partiyasının (AKP) parlament qrupu ilə görüşündə çıxış edib.

Ərdoğan Suriyadakı vəziyyətə xüsusi diqqət yetirməklə yanaşı, dekabrın 8-də Suriya hökumətinin gedişi ilə bağlı bəzi hadisələrə də toxunub.

Türkiyə prezidenti Suriyanın keçmiş lideri Bəşər Əsədin yürütdüyü siyasətdən danışıb, onu ölkənin daxili problemlərini zorakılıq, qan tökmək, təzyiq yolu ilə həll etməkdə suçlayıb.

Ərdoğanın sözlərinə görə, Əsədlə onun arasında keçirilən görüşlərdə Suriyanın keçmiş prezidenti heç vaxt reallığa çevrilməyən islahatların həyata keçirilməsindən danışıb.

“Onunla keçirdiyimiz bütün görüşlərdə Əsəd bizə islahatlar vəd etdi, lakin heç vaxt sözünün üstündə durmadı”, - o əlavə edib.

Bundan başqa, o, Suriyadakı mövcud vəziyyətə toxunaraq, terrorçu “Suriya Kürd Özünümüdafiə Qüvvələri”ni (YPG) Suriyanın ən böyük problemi adlandırıb.

Ərdoğan daha əvvəl Türkiyənin xarici işlər naziri Hakan Fidanın səsləndirdiyi oxşar cümləni təkrarlayaraq, YPG-nin dağılmayacağı təqdirdə Suriyada əməliyyata başlayacaqlarını bildirib.

“Suriyanın təbii sərvətlərini ələ keçirən YPG terror təşkilatı dağılıb silahlarını yerə qoymasa, acı taleyindən xilas ola bilməyəcək”.

“Suriyalı qardaşlarımızla birlikdə həm İŞİD və YPG, həm də digər terror təşkilatlarını ən qısa zamanda məğlub edəcəyik", - Ərdoğan xəbərdarlıq edib.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR