Son Xəbər:
Tarix: 25-01-2025, 13:00
Bu barədə "Haber Global" məlumat yayıb.
Məlumata görə, daha öncə dağıntılar altından üç nəfər sağ xilas edilib.
Konya Baş Prokurorluğundan verilən açıqlamada bildirilib ki, yaşayış binasının uçmasında təqsirli bilinən 4 nəfər saxlanılıb.
Qeyd edək ki, hadisə yanvarın 24-də baş verib. Binanın çökməsinin səbəbi məlum deyil. Hadisə yerinə xilasedicilər, polis və təcili tibbi yardım əməkdaşları cəlb olunub.
***
Türkiyənin Konya şəhərində yaşayış binasının uçmasında təqsirli bilinən 4 nəfər saxlanılıb.
Bu barədə “TRT Haber” Konya prokurorluğuna istinadən məlumat yayıb.
"Konya vilayətinin Səlçuqlu rayonunda dördmərtəbəli binanın (onlardan 3-ü yaşayış) uçmasında təqsirli bilinən 4 şübhəli şəxs saxlanılıb. Hadisə yerində ətraflı araşdırmalar davam edir", - bəyanatda bildirilib.
Dağıntılar altında qalan 5 nəfərdən 3-ü sağ xilas edilib, digər 2 nəfərlə bağlı axtarış-xilasetmə işləri davam edir.
Qeyd edək ki, hadisə yanvarın 24-də baş verib. Binanın çökməsinin səbəbi məlum deyil. Hadisə yerinə xilasedicilər, polis və təcili tibbi yardım əməkdaşları cəlb olunub.