Son Xəbər:
Tarix: 27-01-2025, 14:19
HƏMAS yanvarın 31-dək əlavə mübadilə çərçivəsində Qəzza zolağında saxlanılan daha dörd girovu azad etmək niyyətini təsdiqləyib.
Bu barədə hərəkatın teleqram kanalında dərc olunan məlumatda bildirilib.
"HƏMAS yanvarın 31-dək israilli girovları əhatə edən əlavə mübadiləni nəzərdə tutan təklifi İsrail tərəfinə təqdim edib", - mətndə qeyd olunub.
Bəyanata əsasən, fevralın 1-i üç İsrail girovunun mübadiləsinə dair planlar dəyişməz qalır.
Öz növbəsində İsrail hakimiyyəti fələstinlilərin Qəzzanın şimalına qayıtması prosesinin yanvarın 27-də səhər başlamasına razılıq verib.