Son Xəbər: Beynəlxalq Münasibətlərin Təhlili və Multikulturalizm Mərkəzinin Nizamnaməsi təsdiqlənib, Sabah Bakıda 36, rayonlarda 39 dərəcə isti olacaq, Azərbaycan və Gürcüstan arasında "E-Permit" sisteminin tətbiqinə başlanılıb, Hikmət Hacıyev: Əminik ki, mediamız milli maraqlarımızın müdafiəsində səylərini əsirgəməyəcək, İran İordaniya və Bəhreyndəki ABŞ aviabazalarına zərbələr endirib, "Neftçi" bu gün UEFA Konfrans Liqasında mübarizəyə başlayır, Rezidenturaya qəbul üzrə namizədlərin qeydiyyatı başlayır, Azərbaycan milli mətbuatının yaranmasından 151 il ötür, Bakı və Berlin strateji tərəfdaşlıq gündəliyi ilə əməkdaşlığı möhkəmləndirir, Azərbaycan və Almaniya minatəmizləmə sahəsində əməkdaşlığın davam etdirilməsini razılaşdırıblar,

Tənzilə Rüstəmxanlının partiyasından bəyanat: "Hacı Şahin şəhid deyil axı..."

Tənzilə Rüstəmxanlının partiyasından bəyanat: "Hacı Şahin şəhid deyil axı..."

Tarix: 28-01-2025, 12:23


“Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin son iclası ilə bağlı mətbuatda gedən məlumatlarda deputat Tənzilə xanımın fikirləri geniş şəkildə işıqlandırılmayıb. Belə ki, onun şəhidlərlə bərabər Hacı Şahinə də salavat gətirilməsinə etirazı xüsusi qabardılaraq məsələ yanlış təqdim edilib”.

Bu, Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) yaydığı bəyanatda qeyd olunub.

Bildirilib ki, Tənzilə Rüstəmxanlının çıxışında Hacı Şahinin ruhunu incidəcək bircə kəlməsi də olmayıb.

“Dünyada hörmət sahibi olan din xadimləri çoxdur, lakin onlar şəhadətə Allah və millət yolunda qovuşmayıblarsa, şəhid sayıla bilməzlər. Allah Hacı Şahinə rəhmət eləsin. Xalqımız arasında böyük hörmət-izzəti var idi, ruhu sayğı ilə anılır. Vaxtsız ölümünə hər kəs ürəkdən acıdı. Amma Hacı Şahin şəhid deyil axı! Hacının adı hər yerdə hörmətlə xatırlanır, adına minlərlə insan hər gün salavat çevirir. Vacib deyil ki, o həm də şəhid sayılsın. Bunu heç özü də məqbul saymazdı”, - bəyanatda deyilir.

Qeyd edək ki, ötən gün Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin iclasında millət vəkili, VHP sədrinin müşaviri T.Rüstəmxanlı şəhidlərlə yanaşı Hacı Şahinə də salavat gətirilməsinə etiraz edib. (Modern )




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR