Son Xəbər: KİV: Ukrayna NATO ölkələrinin ehtiyatda olan zabitlər konfederasiyasına qoşulub, Yeniyetmələr arasında Qış Olimpiya Oyunları İtaliyada keçiriləcək, Ermənilərin korrupsioner dayağının sonu – Menendezə verilən layiqli cəza - ŞƏRH, Tofiq Bəhramovun 100 illiyi münasibətilə yubiley matçı təşkil edilib, Əli Əsədov Qazaxıstandadır - FOTO, Tanınmış ekspert həbs edildi, 143 milyonluq yeyintiyə görə həbs edilənlər yüngül cəza istəyir, Yanvarın son günü hava necə olacaq?, HƏMAS israilli girovu Beynəlxalq Qızıl Xaç Komitəsinə təhvil verib, Azərbaycana bu sözlərlə vida etdi - Foto,

143 milyonluq yeyintiyə görə həbs edilənlər yüngül cəza istəyir

143 milyonluq yeyintiyə görə həbs edilənlər yüngül cəza istəyir

Tarix: Dün, 14:59

143 milyonluq yeyintiyə görə həbs edilənlər yüngül cəza istəyir

Müdafiə Nazirliyindəki 143 milyonluq yeyintidə təqsirli bilinən əsas fiqurlar - general Nizami Məmmədov və qoşun növlərinin maliyyə-xidmət rəisləri hökmdən narazıdırlar.


11 il yarıma kimi həbsə məhkum edilmiş zabitlər hər biri apellyasiya şikayəti veriblər.


Onlar dövlətə dəymiş ziyanın xeyli hissəsinin ödənilməsini nəzərə alaraq cəzalarının yüngülləşdirilməsini istəyirlər.


Artıq Bakı Apellyasiya Məhkəməsi şikayətləri icraata götürüb. İlk baxış iclası fevralın 3-nə təyin edilib.


Qeyd edək ki, bu cinayət işinin istintaqını Dövlət Təhlükəsizliyi Xidməti (DTX) aparıb.


Bakı Hərbi Məhkəməsinin hökmü ilə Nizami Məmmədov və Bayram Bayramovun hər biri 11 il 6 ay, Cəlal Kazımov 11 il, Vüsal Əlizadə 10 il 6 ay müddətinə azadlıqdan məhrum ediliblər.


İbtidai istintaq və məhkəmə dövründə dövlətə dəymiş ziyanın ödənilməsi üçün Nizami Məmmədov 12 milyon 415 min 194 manat, Vüsal Əlizadə 325 min, Cəlal Kazımov isə 186 min manat ödəniş ediblər. Həmin məbləğlərin dövlət büdcəsinə ödənilməsi üçün qərar qəbul edilib. Eyni zamanda, təqsirləndirilən şəxslərin üzərinə həbs qoyulan əmlaklar dövlətə dəymiş ziyanın ödənilməsinə yönləndirilməsi məqsədilə dövlət nəfinə keçirilməsi üçün müsadirə olunub.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR