Son Xəbər: Umerov: Ukrayna nümayəndə heyəti Əbu-Dabiyə yola düşüb, Şəmkirdə yol qəzasında iki nəfər xəsarət alıb, Rusiya Odessaya hücum edib, 3 nəfər ölüb, Özgür Özəl Zəfər Günü münasibətilə İlham Əliyevi təbrik edib, Krit adası sahillərində 12 qanunsuz miqrantın meyiti aşkarlanıb, Sabah Bakıda hava yağmursuz olacaq, İlham Əliyev Kamboca Kralını təbrik edib, Hüquqi şəxslərin dövlət reyestrinə daxil edilməsi üçün rüsum tətbiq olunacaq, Mehriban Əliyevadan Bayraq Günü ilə bağlı - Paylaşım, Prezidentin sosial şəbəkə hesablarında Bayraq Günü münasibətilə videoçarx paylaşılıb,

Birol Akgün etimadnaməsinin surətini Ceyhun Bayramova təqdim edib

Birol Akgün etimadnaməsinin surətini Ceyhun Bayramova təqdim edib

Tarix: 31-01-2025, 19:29


Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Türkiyənin ölkəmizə yeni təyin olunmuş səfiri Birol Akgünü qəbul edib.

Bu barədə Azərbaycanın Xarici İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, görüş zamanı Türkiyənin Azərbaycandakı yeni təyin olunmuş səfiri Birol Akgün etimadnaməsinin surətini nazir C.Bayramova təqdim edib. Nazir qardaş Türkiyənin yeni təyin olunmuş səfirini təbrik edib, ona gələcək fəaliyyətində uğurlar arzu edib.

Görüş zamanı Azərbaycan-Türkiyə müttəfiqliyindən irəli gələn mövzular, habelə regional və beynəlxalq təhlükəsizlik məsələləri müzakirə olunub.

C.Bayramov Azərbaycan və Türkiyə dövlətləri və xalqları arasında mövcud tarixi, ənənəvi qardaşlıq və dostluğun müttəfiqliyimizin, o cümlədən regional və beynəlxalq müstəvidə birgə səylərimizin gücləndirilməsində müstəsna əhəmiyyətinin olduğunu diqqətə çatdırıb.

Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətlərini təsbit edən tarixi Şuşa Bəyannaməsinin mövcud qardaşlıq və dostluq əlaqələrimizin təcəssümü olduğu bildirilib. Liderlərimizin təlimatı ilə çoxölçülü müttəfiqlik münasibətlərimizin siyasi, təhlükəsizlik, iqtisadi, ticarət, enerji, nəqliyyat, kommunikasiyalar, mədəni-humanitar və s. aspektləri üzrə əməkdaşlığın daha da gücləndirilməsi istiqamətində fəaliyyətin bundan sonra da davam etdirilməsinin vacibliyi vurğulanıb.

Azərbaycan və Türkiyənin bütün beynəlxalq təşkilatlarda, xüsusilə də birgə ailəmiz hesab olunan Türk Dövlətləri Təşkilatında birgə səylərimizin təqdirəlayiq olduğu, bu il Azərbaycanda keçiriləcək sammitin təşkilatın daha da gücləndirilməsinə xidmət edəcəyinə əminlik qeyd edilib.

Yaxın Şərqdə və Əfqanıstanda sabitliyin təmin edilməsi, Suriyada birgə təşəbbüslərin irəlilədilməsi istiqamətində səylərin əhəmiyyətli olduğu bildirilib.

Türkiyənin yeni təyin olunmuş səfiri Birol Akgün səmimi qəbula və təbriklərə görə təşəkkür edib, Türkiyənin Azərbaycanda səfiri qismində fəaliyyəti zamanı mövcud müttəfiqlik münasibətlərinin daha da möhkəmləndirilməsi istiqamətində səylərini əsirgəməyəcəyini diqqətə çatdırıb.

Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran digər ikitərəfli və regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Birol Akgün etimadnaməsinin surətini Ceyhun Bayramova təqdim edib


 




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR