Son Xəbər:
Tarix: Dün, 17:31
Prezident Donald Tramp və administrasiyası bir sıra beynəlxalq hadisələrə ABŞ-nin yeni münasibətini açıqlayır.
Qərblə Şərqin, başqa sözlə, Vaşinqtonla Moskvanın maraqlarının toqquşduğu məsələlərdən biri də Rusiyanın Ukraynada apardığı müharibədir. Bu hərbi qarşıdurma nəticəsində ən çox itirən ikinci tərəfdir. Bu, ərazi və dinc sakinlərin itkisi, vətəndaşların qaçqın düşməsindən də müşahidə olunur.
“Forbes”in məlumatına görə, Ukrayna nadir mineral ehtiyatlar olan ərazisinin böyük bir hissəsini itirib. 2023-cü ilin aprelində Ukraynanın nadir metal ehtiyatlarının ümumi dəyəri 15 trilyon dollar qiymətləndirilib. Bundan başqa, əmanətlərin 70 faizdən çoxu Rusiyanın ilhaq etdiyi Donetsk və Luqansk, eləcə də cəbhə xəttinə yaxında yerləşən Dnepropetrovsk vilayətindədir.
Bildirilib ki, smartfonlardan tutmuş elektromobillərə qədər yüksək texnologiyalı cihazların istehsalı üçün əsas komponentlərdən biri olan titan və litiumun Avropada ən böyük ehtiyatları da Ukrayna ərazisində yerləşir.
“Bild”in yaydığı məlumata görə, Donald Tramp ABŞ-nin yardımı qarşılığında Ukraynadan nadir metalları istəyir. Ukraynanın ümumilikdə 6,7 milyard avro dəyərində litium, kobalt, titan və başqa nadir filiz ehtiyatları var. Tramp administrasiyası Kiyevlə bu metalların ABŞ-yə tədarükünü təmin edən müqavilə bağlamaq niyyətindədir. O, Vaşinqtonda jurnalistlərə açıqlamasında bildirib: “Onlara verdiklərimizin qarşılığında bunu istəyirik”.
“Financial times”ın yazdığına görə, rəsmi Kiyev Donald Trampa əsas təbii ehtiyatlar üzrə əməkdaşlıq üçün “xüsusi şərait” təklif edib: “Əlbəttə, biz Amerika ilə işləməyə hazırıq”. Bununla yanaşı, Ukrayna hakimiyyəti ölkənin təbii ehtiyatlarının Rusiya və İrandan müdafiəsinin vacibliyini vurğulayıb.
Ukrayna Prezidenti Volodimir Zelenski Trampın nadir torpaq metalları ilə bağlı sözlərinə hələ ki cavab verməyib.
Ukrayna belə böyük itkilərin ağır nəticələrini aradan qaldıra, ilhaq və işğal edilmiş torpaqları azad edə biləcəkmi? Ukrayna Rusiya ilə danışıqlara deyil, müharibə variantına niyə üstünlük verib? Beynəlxalq dəstəyi var idi?
Donald Tramp rusiyalı həmkarı Vladimir Putinlə görüşüb, müharibəni dayandırmaq niyyətində olduğunu bildirib.
Ərazilərin azad edilməsi, qaçqınların qayıtması və başqa bu kimi məsələlər baxımından Ukraynanın elə ciddi uğuru hiss olunmur. Düzdür, Rusiyanın da uğurlarını davamlı saymaq məntiqli deyil. Çünki onun qoşunlarının sıralarında başqa dövlətlərin, o cümlədən Şimali Koreya əsgərlərinin döyüşdüyü müşahidə olunub. Bu o deməkdir ki, onun canlı qüvvə baxımından ciddi problemi var. Bu isə perspektivdə tutduğu əraziləri əldə saxlamağın RF-yə elə də asan başa gəlməyəcəyini ehtimal etməyə əsas verir. Başqa sözlə, onun müharibəni davam etdirmək üçün resurslarının kifayət etməyəcəyi də istisna olunmur. Bunun üçün, ilk növbədə, Ukraynaya yardım başlıca amil sayılır. Ştatların müharibə zamanı Kiyevə etdiyi yardımlarla bağlı müxtəlif rəqəmlər səslənir.
Volodimir Zelenski bu məsələyə aydınlıq gətirərək bildirib: “Biz ABŞ-nin vəd etdiyi 177 milyard dolların 75 milyardını almışıq. Bəziləri guya Ukraynanın Ştatlardan ordunun dəstəklənməsi üçün 200 milyard dollar aldığını iddia edir. Bu, həqiqətə uyğun deyil. Mən qalan pulların hara xərcləndiyini bilmirəm”.
Bəs Ukraynaya Rusiya üzərində qələbə çalmaq üçün ayrılan maliyyə vəsaiti hara xərclənib?
Tramp bəyan edib ki, sələfi (özündən əvvəlki prezident Cozef Bayden - red.) Avropa ölkələrindən Ukraynaya ayrılan maliyyənin artırılmasını tələb etməyib, sadəcə olaraq ABŞ vergi ödəyicilərinin pullarını paylayıb: “Biz Ukraynaya az qala 300 milyard dollar yardım etdik, Avropa isə 200 milyard dollardan daha az verib. Niyə? Çünki Bayden onlardan heç vaxt pul istəməyib, sadəcə pulumuzu paylayıb”.
Onda Hanterin müəssisəsi Rusiya tərəfindən ilhaq edilmiş Krım yarımadasında təbii qaz hasilatı ilə bağlı əməliyyatlar aparıb.
Donald Tramp və V.Zelenskinin hakimiyyətə gəlişləri ilə Bayden ailəsinin Ukraynadakı qara biznesi ifşa olunub.
Bu günlərdə Baydenin lideri olduğu Demokrat Partiyasından senator Nyu-Cersi ştatının keçmiş senatoru Bob Menendez korrupsiyada, Misir və Qətər üçün qeydiyyatsız xarici agent kimi işləməkdə təqsirli bilinərək 11 il müddətinə azadlıqdan məhrum olunub.
Cozef Bayden də erməni lobbisinin parlaq nümayəndəsidir. Belə görünür ki, demokratların sırasında ermənilərə lobbiçilik edənlər daha çox fırıldaqla məşğul olublar. Ukrayna üçün ayrılan maliyyə vəsaitinin “qeyb” olmasının da başlıca baiskarı Cozef Bayden sayılır.
Prezidentliyinin son günlərində o, iki məhkəmə işi üzrə oğlu Hanteri əfv etmək qərarına gəlib. Hanter Bayden 2018-ci ildə narkotik maddənin təsiri altında odlu silah alması ilə bağlı üç ağır maddə üzrə təqsirli bilinib. Donald Tramp Hanter Baydenin əfvi ilə bağlı sələfinin sərəncamını ləğv edib.
Ukraynanın müharibədə uduzma səbəblərindən biri və başlıcası maliyyə çatışmazlığıdır. Çünki Zelenskinin, az qala, hər çıxışında yardım istəməsi təsadüfi deyil.
Hadisələr göstərir ki, Cozef Bayden hakimiyyətinin etdiyi “yardımlar”la Ukrayna torpaqlarını ilhaq və işğaldan azad edə bilməz.
Ona görə də Donald Tramp həmkarı Vladimir Putinlə danışıqları önə çəkir. Kremldən isə bildirilib ki, danışıqlara başlamaq üçün Volodimir Zelenskinin legitimliyi, onun Moskva ilə danışıqların aparılmasını qadağan edən fərmanının hüquqi aspektlərini həll etmək lazımdır.
Daha sonra vurğulanıb ki, sülh nizamlanması Ukraynanın neytral, blokdan kənar nüvəsiz statusu, demilitarizasiyası və denasifikasiyası, ərazisində xarici qoşunların və bazaların yerləşdirilməməsi, müasir ərazi reallıqlarının nəzərə alınması və Ukrayna böhranının bütün səbəblərinin aradan qaldırılması barədə 2022-ci il İstanbul sənədi əsasında mümkündür.
Ukraynanın nadir filiz yataqlarını ABŞ-nin nəzarətinə verməsi çıxış yolu ola bilər. Rəsmi Kiyev Trampın bu planına razılıq verərsə, onda Ukrayna de-fakto Ştatların protektorluğuna, himayəsinə keçir. Elə Tramp Putinlə bu məsələdən danışa bilər. Belə vəziyyət isə Ukraynanın ABŞ-nin qeyri-rəsmi 51-ci ştatı olması deməkdir. Onsuz da Donald Tramp ölkəsinin ərazisini böyütmək strategiyasını reallaşdırmaq istəyir...(Report)