Son Xəbər: Emin Əmrullayev rəqəmsal texnologiyalar sahəsi üzrə Dövlət Proqramı məzunları ilə görüşüb, İlham Əliyev İsveç Kralını milli bayramları münasibətilə təbrik edib, DİN: Ötən gün 10 silah aşkarlanaraq götürülüb, BİZİM TƏQVİM:6 iyunda baş vermiş tarixi hadisələr, Həcc ziyarətindəki zəvvarlar Azərbaycana yola düşüb, Rusiyada çayda qayıq aşıb, ölən və yaralananlar var, Ermənistan kritik seçim qarşısında: sülh, yoxsa uçurum? – ŞƏRH, Mehriban Əliyeva Avropa çempionu olan minifutbol üzrə Azərbaycan millisini təbrik edib, Bakıda TDT mərkəzi banklarının Şurasının toplantısı olub, tədbirə ev sahibliyi Türkiyəyə ötürülüb, Su təsərrüfatı və meliorasiya işçiləri təltif edilib - SƏRƏNCAM,

Azərbaycan çempionatı hansı formatda olacaq? - Sərxan Hacıyevdən açıqlamalar

Azərbaycan çempionatı hansı formatda olacaq? - Sərxan Hacıyevdən açıqlamalar

Tarix: 5-02-2025, 12:04

Azərbaycan çempionatı hansı formatda olacaq? - Sərxan Hacıyevdən açıqlamalar

“Bu, Azərbaycan futbolunun mühüm qərarlarından biri idi. Çünki son dəfə Azərbaycan Premyer Liqasında 12 komanda təxminən 10 il öncə olub”.

Bu sözləri AFFA-nın icraçı vitse-prezidenti Sərxan Hacıyev “CBC Sport”da yayımlanan “Bizim futbol” verilişində deyib.

O, fevralın 2-də AFFA İcraiyyə Komitəsinin iclasında 2025/26 mövsümündən etibarən ölkə Premyer Liqasında komanda sayının artırılması haqda qəbul olunan qərardan danışıb. Qərara əsasən, növbəti mövsümdən çempionatda 10 yox, 12 klub mübarizə aparacaq.

S.Hacıyev bu qərarın Azərbaycan futbolu üçün müsbət dəyişiklik olduğunu vurğulayıb: “Uzun illərdən sonra 12 komandalı sistemə qayıtmaq əlbəttə ki, müsbət haldır. Təbii ki, hazırda çempionatın formatı ilə əlaqədar müəyyən suallar var. İclasda ilkin olaraq məsələ bu idi ki, 12 komandalı çempionat təsdiq edilsin. Lakin biz də AFFA olaraq tam anlayırıq ki, həm Premyer Liqa, həm də 1-ci liqa komandaları artıq indidən öz planlarını bilməlidirlər. Biz maksimum qısa müddətdə bu məsələyə geri dönüş edəcəyik. Nəzərdə tutulub ki, qarşıdakı 2, maksimum 3 həftə ərzində AFFA İcraiyyə Komitəsinin iclasının keçirilsin, sözügedən iclasda konkret olaraq hazırkı duruma görə qərar qəbul olunsun, 1-ci liqadan Premyer Liqaya neçə komandanın gələcəyi, Premyer Liqadan 1-ci liqaya komandaların hansı formatda gedəcəyi müəyyənləşsin.

Gündəmdə olan sualların hamısı AFFA İcraiyyə Komitəsində müzakirə olunacaq. Bildiyiniz kimi, 12 komandalı liqalar üçün müxtəlif formatlar var. "6-lıq" sistemi, 3 dövrəli sistemlər mövcuddur. Hər formatın öz mənfi və müsbət tərəfləri var. Biz "6-lıq" sistemi görmüşük. Bu məsələ ilə əlaqədar onu deyə bilərəm ki, hazırda beynəlxalq təcrübəyə baxılması üçün bizə zaman lazımdır. Avstriyada 2 "6-lıq", Baltik ölkələrində 3 dövrəli sistem var”.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR